Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin xarici xüsusi xidmət orqanı ilə telefon danışığının səs yazısı yayılıb.Bu, Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətinin yaydığı videoməlumatda öz əksini tapıb.
Mehdiyev əsasən rus dilində danışdığı şəxslərə Azərbaycanda dövlət idarəçiliyi sisteminin yenidən qurulması ilə bağlı təklifi olduğunu deyir.
Bundan əlavə, Ramiz Mehdiyevə cinayət yolu ilə qazanılmış əmlakın leqallaşdırılması ilə bağlı verilmiş ittihamın həcmi açıqlanıb.
O, 13 oktyabr 2025-ci il tarixinədək olan müddətdə cinayət yolu ilə əldə edilmiş 17.000.000 manatdan artıq pul vəsaitini leqallaşdırıb.
DTX-nin süjetində Prezident Administrasiyasının sabiq rəhbərinin evində aparılmış əməliyyatın görüntüləri də yer alıb.