
Britaniya Baş nazirinin müşaviri Conatan Pauell yaxın günlərdə Türkiyəyə səfər edəcək.
Bu barədə "The Guardian" məlumat yayıb. Məqsəd –Ukrayna Prezidenti Volodimir Zelenskiyə Rusiya ilə aparılacaq danışıqlar öncəsi məsləhətlər verməkdir.
Qeyd edilir ki, Pauell Moskva və Kiyev nümayəndə heyətlərinin İstanbulda keçirəcəyi görüşdə birbaşa iştirak etməyəcək.
Lakin onun Zelenskiyə siyasi və strateji tövsiyələr verməsi gözlənilir. Bu isə ekspertlər tərəfindən Qərbin proseslərə dolayı müdaxiləsi kimi dəyərləndirilir.