
Türk dünyası regionda və dünyada sülh, təhlükəsizlik, sabitlik, inkişaf və tərəqqi ideyalarına sadiq olan türk xalqlarının ortaq etnik köklərə, tarix, dil, mədəniyyət, ənənələr və dəyərlərinə söykənən ailədir. Azərbaycanın da aid olduğu bu ailə qitə miqyasında uzun əsrlər boyu verdiyi töhfələri, qlobal siyasəti, iqtisadiyyatı və sivilizasiyaların inkişafında oynadığı rolu ilə seçilib. Bəşər tarixində böyük nailiyyətlər qazanmış, müxtəlif dövrlərdə bir sıra imperiyaların tərkibində öz varlığını, kimliyini qoruyub saxlamağı bacarmış Türk xalqları bu gün yenidən dirçəlib, bir olub özünü dünyaya yeni nümunələrlə təqdim edir.
Türk Dövlətləri Təşkilatına üzv olan dövlətlər Azərbaycanın Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa-yenidənqurma işlərinə də öz töhfələrini verirlər. Bu baxımdan Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq Füzulidə inşa edilən Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb, Qazaxıstan tərəfindən Füzulidə Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzi, Cəbrayılda yaradılan Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzini, Zəngilanda birinci mərhələsi açılan "Dost Aqropark" ağıllı kənd təsərrüfatı kompleksini və s. qeyd etmək olar.
Nailə Nəsirova-Zabrat bələdiyyəsinin sədri