
Deputat Azərbaycanla Vyetnan arasında ticarət, iqtisadiyyat, mədəniyyət, təhsil, energetika, nəqliyyat və digər istiqamətlər üzrə çox ciddi əməkdaşlıq potensialının olduğuna diqqət çəkib: “Energetika sahəsində imzalanmış sənədlər və aparılan müzakirələr onu deməyə əsas verir ki, yaxın gələcəkdə bu sahədə əməkdaşlığı daha da genişləndirmək mümkün olacaq. Vyetnam şirkətlərinin Azərbaycana, həm də Azərbaycanın neft şirkətinin Vyetnama sərmayə qoyuluşu məsələləri bu səfər çərçivəsində müzakirə olunan mövzular sırasında yer alıb. Həmçinin Hökumətlərarası Komissiyanın iclasının tezliklə keçirilməsi də əməkdaşlığı daha da sürətləndirəcək. Eyni zamanda ənənəvi enerji layihələri ilə yanaşı iki ölkə arasında bərpaolunan enerji növlərinin istehsalı ilə bağlı da fikir mübadiləsi aparılıb.
Bütün bunlarla yanaşı iki ölkə hər zaman beynəlxalq təşkilatlarda birgə fəaliyyətə üstünülük verib. Vyetnamın bir neçə il bundan əvvəl Azərbaycanı BMT Təhlükəsizlik Şurasında çox ciddi şəkildə dəstəkləməsi xüsusilə qeyd olunmalıdır. Eyni zamanda ölkələrimiz Qoşulmama Hərəkatı çərçivəsində birgə fəaliyyət göstərir. Azərbaycan Qoşulmama Hərəkatına 4 illik uğurlu sədrliyi fonunda bu təsisat dünyada sanballı quruma çevrilib. Ölkəmizin başçısı mətbuata vermiş olduğu bəyanatında da bu məqamlara bir daha toxundu.
Bu səfər iki ölkə arasında əlaqələrin bütün sahələr üzrə inkişafına zəmin yaradacaq. Sözsüz ki, hər iki dövlətin tutmuş olduğu mövqe onların milli maraqlarına xidmət edir. Bu mənada Azərbaycan Prezidenti ilə Vyetnamın baş katibi arasında aparılan müzakirələrdə beynəlxalq hüququn aliliyi, ölkələrin ərazi bütövlüyü, suverenliyi, sərhədlərin toxunulmazlığı amili bir daha bəyan edilib.
Alidə Aslanova - YAP Sabunçu rayon təşkilatının məsləhətçisi