
Bu gün həm bu, həm də digər sahələrlə bağlı məsələlər ətraflı şəkildə müzakirə olundu. Energetika sahəsində imzalanan sənədlər və aparılan danışıqlar göstərir ki, yaxın zamanda bu sahədə əməkdaşlığımız daha da genişlənəcək. Hazırda bu əməkdaşlıq əsasən ticarət əlaqələri formasında həyata keçirilir. Bununla yanaşı, qarşılıqlı sərmayə qoyuluşu məsələləri də gündəmə gətirilmişdir. Həm Vyetnam şirkətlərinin Azərbaycana sərmayə yatırımı, həm də Azərbaycanın neft şirkətinin Vyetnamda investisiya layihələrində iştirakı müzakirə mövzusu oldu. Bu məsələlərlə bağlı aidiyyəti qurumlara konkret tədbirlərin görülməsi barədə tapşırıqlar verilmişdir.
Hökumətlərarası Komissiyanın yaxın zamanda keçiriləcək iclası, bu və digər sahələrdə mümkün əməkdaşlığın daha da sürətlənməsinə təkan verəcək. Qeyd etmək lazımdır ki, Komissiyanın iclası uzun müddətdir baş tutmurdu, lakin əldə olunmuş razılıq əsasında bu məsələ artıq öz həllini tapıb və yaxın vaxtlarda iclasın keçirilməsi planlaşdırılır.
Təəssüf ki, hazırda iqtisadi və ticarət sahəsində əməkdaşlığımızın dinamikası əsasən Azərbaycanın Vyetnama neft ixracından asılı vəziyyətdədir. Neft satışının həcmi artdıqda ticarət dövriyyəsi yüksəlir, azaldıqda isə azalır. Ticarət əlaqələrimizin daha tarazlı və dayanıqlı formada inkişafını arzu olunandır. Bunun üçün qarşılıqlı informasiya mübadiləsi olduqca vacibdir. Hər iki ölkədə hansı layihələrin icra olunduğu, mövcud investisiya imkanları, hüquqi çərçivə, vergi və inzibati tənzimləmələr kimi məsələlər biznes nümayəndələri üçün tam şəkildə aydın olmalıdır. Yalnız bu halda əminliklə demək olar ki, ticarət dövriyyəsi neftdən kənar sahələr üzrə də inkişaf edəcək və neft faktoru ilə məhdudlaşmayacaq.
Bu gün həmçinin bərpaolunan enerji növlərinin istehsalı ilə bağlı fikir mübadiləsi aparmışdır. Azərbaycanın alternativ enerji sahəsində geniş potensialı mövcuddur. Mövcud müqavilələr əsasında qarşıdakı beş il ərzində ölkəmizdə 6500 meqavatlıq yeni bərpaolunan enerji güclərinin istifadəyə verilməsi nəzərdə tutulur. Vyetnam şirkətləri bu sahəyə sərmayə yatıracaqlar. Eyni zamanda Azərbaycan da Vyetnamda yaşıl enerji layihələrinə sərmayə qoymağa maraqlıdır və bu istiqamətdə əməkdaşlıq edəcək.
Müdafiə sənayesi sahəsində geniş əməkdaşlıq imkanları mövcuddur. Hər iki ölkənin bu sahədə əldə etdiyi inkişaf nəzərəçarpacaq səviyyədədir. Bu baxımdan, səylərin birləşdirilməsi, ortaq müəssisələrin yaradılması və qarşılıqlı fəaliyyətin təşkili hər iki tərəf üçün səmərəli nəticələr vəd edir.
Beynəlxalq təşkilatlar çərçivəsində göstərdiyimiz əməkdaşlıq olduqca məmnunluq doğurur. Bir neçə il əvvəl Vyetnamın Azərbaycana BMT Təhlükəsizlik Şurasında göstərdiyi güclü dəstək yüksək qiymətləndirilir. Eyni zamanda, biz Qoşulmama Hərəkatı çərçivəsində də sıx əməkdaşlıq edirik. Azərbaycan bu quruma dörd il sədrliyə etmiş və bu müddət ərzində əlamətdar nəticələrə imza atmışdır. Hazırda Hərəkatın nüfuzlu və təsirli beynəlxalq platforma kimi fəaliyyət göstərməsi hər iki ölkənin ümumi maraqlarına uyğundur.
Bugünkü görüşdə beynəlxalq hüququn üstünlüyü məsələsi də müzakirə olundu və bu mövzuda tam fikir birliyi müşahidə edildi. Qeyd olundu ki, bütün məsələlər dövlətlərin ərazi bütövlüyü, suverenliyi və sərhədlərin toxunulmazlığı prinsipləri əsasında, beynəlxalq hüququn normalarına uyğun şəkildə həllini tapmalıdır. Mübahisəli məsələlərin həlli isə yalnız dialoq və sülh yolu ilə mümkün olmalıdır.
Bu gün aparılan müzakirələr göstərdi ki, biz bir çox məsələlərdə ortaq mövqedən çıxış edirik. Əsas mövzular üzrə fikir ayrılığı yoxdur, əksinə, baxışlarımızda böyük oxşarlıq mövcuddur. Coğrafi uzaqlığa baxmayaraq, bizi birləşdirən və əməkdaşlığımızı gücləndirən nəqliyyat infrastruktur layihələri də gündəmdə idi. Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri çərçivəsində qarşılıqlı ticarətin genişləndirilməsi üçün geniş imkanlar mövcuddur.
Balaxanı qəsəbəsi, 69 nömrəli tam orta məktəbin
Coğrafiya müəllimi Lalə İsmayılova