
Azərbaycan Respublikası və Vyetnam Sosialist Respublikası coğrafi baxımdan birbirindən uzaqda yerləşsələr də, iki ölkəni birləşdirən əsas amillərdən biri qarşılıqlı dostluq, müstəqillik və beynəlxalq hüquqa hörmət prinsiplərinə əsaslanan xarici siyasət kursudur. İki ölkə arasında rəsmi diplomatik münasibətlər 1992-ci ilin 23 sentyabr tarixində qurulmuşdur. Bu münasibətlər zamanla strateji əhəmiyyətli əməkdaşlıqlara çevrilmiş, müxtəlif sahələrdə əməkdaşlığı tənzimləyən çoxsaylı rəsmi sənədlərlə möhkəmləndirilmişdir.
Hazırda Azərbaycan və Vyetnam arasında imzalanmış sənədlər siyasi, iqtisadi, enerji, nəqliyyat, təhsil, mədəniyyət, hüquqi və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq sahələrini əhatə edir. Bu sənədlər iki ölkə arasında tərəfdaşlıq münasibətlərinin hüquqi və institusional əsasını təşkil edir.
Azərbaycan və Vyetnam arasında imzalanmış sənədlər yalnız dövlətlərarası münasibətlərin deyil, eyni zamanda xalqlar arasında dostluğun inkişafına da xidmət edir. İki ölkə arasında diplomatik münasibətlərin 30 illik tarixində hüquqi, iqtisadi, mədəni və siyasi sahələrdə imzalanmış sənədlər tərəfdaşlıq münasibətlərinin sarsılmaz təməlini qoymuşdur. Gələcəkdə yeni texnologiyalar, yaşıl enerji, turizm və rəqəmsal iqtisadiyyat sahəsində də əməkdaşlığa dair sənədlərin imzalanması gözlənilir. Bu isə Azərbaycan-Vyetnam münasibətlərinin daha da güclənəcəyinə əminlik yaradır.
Bakıxanov qəsəbəsi, 107 nömrəli tam orta məktəbin
tarix müəllimi Günel Kərəmova