Azərbaycan və Vyetnam əməkdaşığı yeni mərhələyə qədəm qoyur

Azərbaycan və Vyetnam əməkdaşığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan və Vyetnam əməkdaşlığının ,dostluğu möhkəm ənənələrə dayanır. Hələ Sovet dövründə 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Min Azərbaycan SSR-ə gəlmişdir. 1983-cü ildə isə SSRİ Nazirlər Sovetinin 1-ci müavini Ümummili liderimiz Heydər Əliyev Vyetnama səfər etmişdir. Bu səfərlərin məqsədi SSRİ çərçivəsində olsa da,Azərbaycan və Vyetnam arasında möhkəm əlaqələrin qurulması idi.Belə ki,bir çox sahələrdə Azərbaycan Respublikası Vyetnamla ortaq maraqlara malik idi.
Eyni zamanda təhsil sahəsində də Vyetnamla sıx əlaqələrimiz olub.Sovet dövründə 5min vyetnamlı tələbə Bakıda təhsil alıb və hal-hazırda öz dövlətlərində məsul vəzifələrdə çalışırlar.
Hal-hazırda isə müstəqil Azərbaycan və Vyetnam münasibətləri yeni mərhələyə qədəm qoyub.
2014-cü ildə Cənab Prezidentiniz İlham Əliyevin, 2025-ci ildə isə Vyetnam Sosialist Respublikasının Prezidenti Cənab Çonq Tan Sanqun Azərbaycana səfərləri iki dövlət arasında münasibətlərin inkişafından xəbər verir.
Müxtəlif sahələrdə əməkdaşlığımız uğurla davam edir.Həmçin siyasi sahədə beynəlxalq qurumlarda ölkələrimizin bir -birinə dəstəyi çox vacibdir.Qoşulmama Hərəkatı,BMT çərçivəsində səmərəli dostluq münasibətləri çox böyük əhəmiyyət kəsb edir.
May ayının 6-da Vyetnam Sosialist Respublikasının Kommunist Partiyası nın Mərkəzi Kommitəsini Baş Katibi Cənab Laminin ölkəmizə gəlişi xüsusi əhəmiyyət kəsb edir. Bakıdan Hanoya uzanan dostluq körpüsüdür.Coğrafi uzaqlıq ,fərqli mədəniyyətlər bizim dostluğumuza əngəl deyil .Liderlərimizin də dediyi kimi müxtəlif sahələrdə:neft-qaz,mədəniyyət,təhsil, kommunikasiya,enerji və s. əlaqələrin möhkəmlənməsi hər iki ölkə üçün əhəmiyyətlidir

Sabunçu qəsəbəsi, 155 saylı tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi Humay Vəliyeva

Oxşar xəbərlər