Vyetnam liderinin səfəri mühüm əhəmiyyət kəsb edir

Vyetnam liderinin səfəri mühüm əhəmiyyət kəsb edir Vyetnam Azərbaycandan çox uzaqlarda yerləşsə də, ancaq əlaqələr doğmadır, yaxındır və hər iki dövləti sağlam münasibətlər birləşdirir. Yarım əsrə yaxın olan bu dostluq münasibətləri bu gün yüksələn xətt üzrə inkişaf edir və dövlətlərin, xalqların milli maraqlarına, inkişafa, təhlükəsizliyə, qarşılıqlı əməkdaşlığa hesablanıbdır. Azərbaycan Prezidentinin Vyetnama, Vyetam Sosialist Respublikasının Prezidentinin Azərbaycana səfərləri münasibətlərin daha da yaxşılaşdırılmasına zəmin yaratmış iqtisadi, ticarət, elmi və texniki əməkdaşlığı möhkəmləndiribdir. Məhz bunun nəticəsidir ki, 2024-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsinin həcmi 223,93 milyon ABŞ dolları olubdur. Neft, təhsil, mədəniyyət, humanitar sahələrdə əlaqələr inkişaf etməkdədir. Həmçinin beynəlxalq təşkilatlar–Qoşulmama Hərəkatı və BMT çərçivəsində əməkdaşlıq öz səmərəsini verməkdədir. Turizm, mədəniyyət, iqtisadi–ticari sahələrdə böyük potensial mövcuddur və hər iki dövlət bundan sonra da bu istiqamətdə mühüm layihələrin həyata keçirilməsini təmin edə bilər.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məhz Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş Katibi To Lamın ölkəmizə gözlənilən səfəri ərəfəsində “Vyetnam News Agency” agentliyinə verdiyi müsahibəsində qarşılıqlı münasibətlərə böyük önəm verilmiş və bildirmişdir ki, qarşıdakı səfər Lamın Baş katib qismində ölkəmizə ilk səfəridir. Tərəflərin ikitərəfli münasibətlərinin dərinləşdirilməsi səylərini əks etdirən və qarşılıqlı fəaliyyətdə yeni istiqamətlər açan bu hadisə böyük siyasi əhəmiyyətə malikdir. Əməkdaşlıq potensialını inkişaf etdirmək üçün yaxşı imkanlara malik olan iki ölkənin gələcək uğurları əlbəttə ki, imzalanan sənədlərdən, səmərəli danışıqlardan asılı olacaqdır.
Ən əsası, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2025-ci il mayın 6-da “Vietnam News Agency” agentliyinə verdiyi müsahibə tarixi baxımdan da dünyəvi mahiyyətləri ifadə edir, ikitərəfli münasibətlər sferasında da. Bu müsahibə qarşılıqlı ehtiramı ifadə edən səmimi müsahibə kimi tarixləşdi.

Elmar Allahverdiyev-Tərəvəzçilik Elmi Tədqiqat İnstitunun direktoru

Oxşar xəbərlər