
APA Azərbaycan liderinin Moskva səfərini ləğv etməsinə təsir göstərən bəzi amilləri öyrənə bilib.
Qeyd edək ki, AZAL-ın sərnişin təyyarəsinin qəzaya uğramasından 5 ay keçsə də, Rusiya tərəfindən hər hansı əməliyyat istintaq tədbirləri aparılmayıb, eləcə də bu hadisədə günahı olanlar tapılaraq məsuliyyətə cəlb olunmayıb.
Eyni zamanda, bir müddət əvvəl Azərbaycanın bir sıra media resurslarına kiberhücumların Rusiyadan edildiyi təsdiqini tapıb. Moskva bu məsələyə də aydınlıq gətirməyib.
Bundan başqa, bir neçə gün əvvəl Azərbaycan parlamentinin üzvü Azər Badamovun Rusiyaya girişinə qadağa qoyulub, o, Moskvada aeroportda saxlanılaraq, deportasiya edilib. Rusiya tərəfi isə məsələ ilə bağlı əsaslandırılmış hər hansı açıqlama verilməyib.
Bütün bu amillərin Azərbaycan Prezidentinin Moskvaya səfərinin təxirə salınmasına təsir göstərdiyi bildirilir.