Moskvada minlərlə insana terror həyəcanı yaşadan kimlərdir? — Zənglər bu ölkələrdən gəlib

Moskvada minlərlə insana terror həyəcanı yaşadan kimlərdir? — Zənglər bu ölkələrdən gəlib Rusiyanın paytaxtı Moskva şəhərində minlərlə insana terror həyəcanı yaşadan anonim zənglərin mənbəyi məlum olub.
“Ölkə.Az” xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Moskva şəhər idarəsinin rəhbəri Oleq Baranov jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, bir neçə ay davam etmiş anonim zənglər ölkə xaricindən ayrı-ayrı qruplar tərəfindən edilib.

“Aparılan araşdırmalar nəticəsində zənglərin ABŞ, Türkiyə, Ukrayna və Yaponiyadan edildiyi müəyyən olunub. Bununla bağlı, 13 cinayət işi açılıb.”, - deyə Oleq Baranov bildirib.
Qeyd edək ki, sentyabrın 11-dən başlayaraq Moskva şəhərində hər gün terror olacağı barədə xəbərlər verilir. Anonim xəbərlərdə yalandan partlayıcı maddələrin qoyulması bildirilir. Bu səbəbdən indiyə qədər 200 minə yaxın insan evakuasiya edilib. Ümumilikdə 700 obyektdə yoxlama işləri aparılıb. Moskva rəhbərliyindən bildirilib ki, bu günə qədər yalançı terror xəbərlərinə görə, ümumilikdə 300 milyon rubl zərər dəyib. Bundan başqa, minlərlə insan mənəvi və psixoloji sarsıntı keçirib.

Oxşar xəbərlər