Türkiyə və Fransa Prezidentləri Rəcəb Tayyib Ərdoğanla Emmanuel Makron arasında telefon danışığı baş tutub.Bu barədə məlumatı Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi yayıb. Bildirilib ki, Makron türkiyəli həmkarını Ramazan bayramı münasibətilə təbrik edib. Bununla belə, tərəflər arasında müzakirə edilən digər məsələlər açıqlanmayıb.