Heç bir yerdən heç bir yardım almadan ölkəmiz dünya miqyasında qabaqcıl ölkələr sırasındadır

Heç bir yerdən heç bir yardım almadan ölkəmiz dünya miqyasında qabaqcıl ölkələr sırasındadır
Prezident cari ilin 26 sentyabr tarixində iqtisadi məsələlərə həsr olunmuş müşavirədə ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində atılmış addımlar və keçirilmiş islahatların iqtisadi inkişafımıza verdiyi bəhrəsindən danışdı.
Son aylar ərzində neft hasilatında sabitliyin təmin olunması istiqamətində aparılan işlər öz nəticəsini görmüşdür.
Hal-hazırda neft-qaz sektorunda aparılan layihələr bu sahədə müsbət templərin olacağından xəbər verir. Baxmayaraq ki, Azərbaycanda çox müsbət sərmayə iqlimi uzun illərdir davam edir, hökm sürür, investisiyaların adambaşına düşən həcminə görə Azərbaycan qabaqcıl ölkələr sırasındadır.
Müasir dövrümüzdə Azərbaycan sürətlə sənayeləşir. Bu gün ölkəmizdə "Ağdam Sənaye Park" və Cəbrayıl rayonunda yerləşən "Araz Vadisi İqtisadi Zonası" adlı sənaye parkları, daha 7 sənaye parkı və 50 ə yaxın aqropark fəaliyyət göstərir.
Ölkə başçısı prezident İlham Əliyev gələn ilin əsas xərcləri haqqında müəyyən fikirlərini bildirdi. O ilk növbədə ölkəmizin hərbi potensialının gücləndirilməsi, təhlükəsizliyinin təmin edilməsi, dövlət sərhədlərinin qorunması, təhsil xərcləri, vətəndaşlarımızın rifahının yaxşılaşdırılması, Qarabağın və Şərqi Zəngəzurun bərpasinin önəm daşıdığını bildirdi.Bütün bunlar Dövlət İnvestisiya Proqramında öz əksini tapacaq.
Dövlət başçısı həmçinin qeyd etdi ki, "Biz öz resurslarımıza arxalanaraq güclü, müstəqil iqtisadiyyat qurmuşuq. Heç kimdən asılı deyilik. Heç bir yerdən heç bir yardım almadan ölkəmiz dünya miqyasında qabaqcıl ölkələr sırasındadır. Bu gün ölkəmiz uğurla, inamla, şərəflə, ləyaqətlə müstəqil xarici siyasət aparır və aparacaq.

Sabunçu qəsəbəsi, 155 saylı məktəbin
İngilis dili müəllimi Aidə Kərəməliyeva

Oxşar xəbərlər