Neft-qaz sektorunda bir neçə yeni layihə üzərində işlər aparılır

Neft-qaz   sektorunda bir neçə yeni layihə üzərində işlər aparılır
Prezident İlham Əliyevin cari ilin 26 sentyabr tarixində iqtisadi məsələlərə həsr olunmuş müşavirədə çıxış edib. Çıxışı zamanı prezident İlham Əliyev müxtəlif vacib məsələlərə toxunub. Ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində atılmış addımlar və düşünülmüş islahatlar siyasəti öz bəhrəsini verməkdədir. İqtisadi inkişaf templəri inkişaf etmiş bir çox ölkələrdə olan iqtisadi inkişaf templərini üstələyir.
Neft-qaz sektorunda bir neçə yeni layihə üzərində işlər aparılır. Neft sektoru ilə yanaşı qeyri-neft sektoru da inkişaf etməkdədir. Gələn il minimum əməkhaqqı və minimum pensiya yenidən artırılacaq. Bütün bunlar Azərbaycanda iqtisadi inkişaf tempinin sürətli şəkildə inkişaf etdiyini göstərir.
İqtisadi inkişaf templəri həm bu ilin sonuna qədər saxlanılacaq, həm də, - nəzərə alsaq ki, indi gələn ilin büdcəsi müzakirə olunur və büdcənin parametrləri də daha genişmiqyaslı olacaq, - gələn il də iqtisadi inkişaf templəri lazımi səviyyədə olacaq. Iqtisadi inkişafın daha da yaxşılaşdırılması üçün xarici sərmayələrin ölkəyə cəlb olunması istiqamətində də layihələr həyata keçirilir.
Biz öz resurslarımıza arxalanaraq güclü və müstəqil iqtisadiyyat qurmuşuq, heç kimdən asılı deyilik. İqtisadi müstəqillik təbii olaraq bizə beynəlxalq müstəvidə böyük imkanlar qazandırır ki, Azərbaycan uğurla, inamla, şərəflə, ləyaqətlə müstəqil xarici siyasət apara bilsin.

Bakıxanov qəsəbəsi, 107 nömrəli tam orta məktəbin
psixoloqu Gülarə İsmayılova

Oxşar xəbərlər