
Azərbaycan innovasiyalar, müasir idarəetmə, liberal iqtisadiyyat yolu ilə inkişaf edir. Təsadüfi deyil ki, bunu beynəlxalq maliyyə qurumları qeyd edir. Biznes mühitinin yaxşılaşdırılması istiqamətində aparılan işlər bunu göstərir ki, bu gün iqtisadi sahədə Azərbaycan dünya miqyasında uğurla inkişaf edən ölkələr sırasındadır. Bununla paralel olaraq, Azərbaycan sosial sahəyə də çox böyük diqqət göstərir. Milyardlarla dollar həcmində ölçülən bu layihələr, təşəbbüslər niyyətimizi, düzgün siyasətimizi göstərir.
Bu baxımdan iqtisadiyyatın digər sahələri ilə yanaşı, sənayenin inkişafına xüsusi önəm verilir, mövcud təbii və iqtisadi resursların istehsala cəlb edilməsi, qabaqcıl texnologiyaların daha geniş tətbiqi istiqamətində sistemli tədbirlər həyata keçirilir. Sənayeləşmə siyasətinə uyğun olaraq ölkəmizdə yüzlərlə müasir sənaye müəssisəsi, yeni istehsal sahələri yaradılır, daxili tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artır, ixrac imkanları genişlənir. Bu kimi hallar isə öz növbəsində yeni iş yerlərinin yaradılmasına, işsizlik həddinin azalmasına öz müsbət təsirini göstərir.
Qarşıdakı illərdə işğaldan azad edilmiş torpaqlarımızın malik olduğu potensial imkanlardan səmərəli istifadə edilməklə qeyri-neft sektorunun inkişafı daha da sürətlənəcəkdir.
Əliyev Tahir, Bakı Fəhləsi Maşınqayırma zavodu ASC-nin sədri