Azərbaycan uğurla və inamla müstəqil xarici siyasət apara bilir

Azərbaycan uğurla və inamla müstəqil xarici siyasət apara bilir
Sentyabrın 26-da iqtisadi məsələlərə həsr olunmuş müşavirə keçirilib. Azərbaycan Respublikası Prezidenti İlham Iliyev müşavirədə çıxış edib.
O çıxışında bildirdi ki, ilin sonuna cəmi üç ay vaxt qalır.İlin sonuna qədər görüləcək işlər haqqında fikir mübadiləsi aparılacaq. Bütövlükdə deməliyəm ki, ilin əvvəlində iqtisadi inkişaf gözlənilən səviyyədədir.İqtisadi artım 4,3 faiz təşkil edir. Bugünkü dünyada gedən prosesləri təhlil edərsək bu çox müsbət göstəricidir. İqtisadi inkişaf templəri inkişaf etmiş bir çox ölkələrdə olan iqtisadi inkişaf templərini üstələyir. Xüsusilə qeyd etmək lazımdır ki, qeyri-neft sektorumuz 7 faiz artmışdır. Bu da onu göstərir ki, iqtisadiyyatın şaxələndirilməsi və düşünülmüş islahatlar öz bəhrəsini verməkdədir. Bununla yanaşı hazırda biz neft-qaz sektorunda bir neçə yeni layihə üzərində işləyirik və o layihələrin işlənməsi nəticəsində yeni hasilat proqnozlarımız var. Hesab edirəm ki, neft-qaz sahəsində templər müsbət olacaq.
Ancaq təbii olaraq, bizim əsas hədəfimiz iqtisadiyyatımızı bundan sonra daha da şaxələndirmək və dayanıqlı inkişaf modelini təkmilləşdirməkdir. Baxmayaraq ki, ölkə qarşısında duran vəzifələr böyük maliyyə vəsaiti tələb edir, ilk növbədə hərbi, hərbi sənaye komleksinin inkişafı , Qarabağın və Şərqi Zəngəzurun bərpası ilə bağlı . Bütün bunlara baxmayaraq biz vətəndaşlarımızın da rifah halının yaxşılaşdırılması üçün əlimizdən gələni edirik.
Xarici sərmayələrin cəlb olunması üçün, xüsusilə qeyri-neft sektoruna cəlb edilməsi üçün bir çox təşviq layihələri həyata keçilir. Azərbaycanda hökm sürən sabitlik və proqnozlaşdırın vəziyyət,eyni zamanda, Azərbaycanın ərazi bütövlüyü, suverenliyimizin tam bərpa edilməsi xarici investorların bizə olan münasibətini daha da yaxşılaşdırıb. Anti-terror əməliyyatından sonra biz bunu gürürük. Gələn ilin xərcləri artıq müəyyən edilib. Öncəlik hərbi potensialının gücləndirilməsi, təhlükəsizliyinin təmin edilməsi, Qarabağın və Şərqi Zəngəzurun bərpasıdır. Elə etməliyik ki, gələn il əsas məsələləri icra edə bilək.
Şübhə yoxdur ki, Azərbaycan iqtisadi inkişaf modeli dünyada özünü təsdiqləyib. Biz öz resusrlarımızla güclü iqtisadiyyat qurmuşuq. Azərbaycan uğurla və inamla müstəqil xarici siyasət apara bilir.

Bakıxanov qəsəbəsi, 96 nömrəli tam orta məktəbin
müəllimi Şəbnəm Rəhimova

Oxşar xəbərlər