Prezident İlham Əliyevin xarici ölkələrə səfərləri, səfərlər çərçivəsində keçirdiyi görüşlər, imzalanan sənədlər, həmçinin nüfuzlu beynəlxalq tədbirlərdə iştirakı, Azərbaycan haqqında həqiqətləri olduğu kimi dünyaya bəyan etməsi daim beynəlxalq aləmin, eləcə də aparıcı medianın diqqət mərkəzində olub. Dövlətimizin başçısının bu günlərdə İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın dəvəti ilə bu ölkəyə işgüzar səfəri də böyük maraqla izlənilib. Əvvəlcədən qeyd edim ki, hazırda dünyanın aparıcı media qurumları bu səfəri, xüsusilə səfər çərçivəsində Prezident İlham Əliyevin Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxışını geniş işıqlandırır. Azərbaycan Prezidentinin bir çox Avropa ölkəsi ilə fəal əməkdaşlıq qurduğu, Avropa İttifaqının 10 üzvünün rəsmən ölkəmizin strateji tərəfdaşı olduğu xüsusi qeyd edilib. Hazırda 10 ölkə Azərbaycandan qaz alır və onlardan 7-si Avropa İttifaqının üzvüdür.
Azərbaycanın İtaliya ilə dərin əlaqələri var. Bütün bu əlaqələrin yaxşılığı mövqeyimizin beynəlxalq platformalarda daim İtaliya tərəfindən dəstəklənməyi ilə nəticələnib.
Hazırda bu əlaqələr TAP və Cənub Qaz Dəhlizi kimi önəmli layihələrdə özünü büruzə verir. İtaliya bizim təkcə ənənvi enerji resurslarımızla deyil, həmçinin alternativ enerji bazarlarında oynayacağımız rolla maraqlanır. İtaliya şirkətləri Qarabağın yenidən qurulmasında ciddi şəkildə iştirak edirlər.
Prezident İlham Əliyevin İtaliyaya artıq 3-cü dəfədir səfər edib. Bu səfər əvvəlki səfərlər kimi Azərbaycan-İtaliya münasibətləri kontekstində mühüm məsələlərdən biridir. Dövlət başçısının bu səfərindən sonra iki ölkə əlaqələrində yeni bir dövr başlayacaq.
Dünyada etibarlı tərəfdaş və nüfuzlu dövlət kimi tanınan Azərbaycan səmərəli ikitərəfli münasibətlərə və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinə üstünlük verir. Bu baxımdan bir çox dövlətlər Azərbaycanın beynəlxalq münasibətlər sistemində fəal rolunu, praqmatik xarici siyasət kursunu yüksək qiymətləndirir, respublikamızla müxtəlif sahələri əhatə edən əlaqələrin inkişafına böyük önəm verirlər.
Prezident İlham Əliyev sessiyadakı çıxışında bildirib:
- Əvvəlcə qeyd etmək istəyirəm ki, təkcə Qafqazda deyil, daha geniş regionda baş vermiş ən böyük geosiyasi dəyişiklik Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası oldu. Bu, həqiqətən onu nümayiş etdirdi ki, beynəlxalq hüququn aliliyi o zaman təmin edilə bilər ki, burada hüquqi çərçivə ilə yanaşı, həmçinin cəsarət və real güc də var.
Bizim beynəlxalq səviyyədə tanınmış ərazilərimiz 30 il ərzində Ermənistanın işğalı altında idi. Beynəlxalq təşkilatların çoxsaylı qərar və qətnamələrinə, o cümlədən Ermənistan qoşunlarının bizim torpaqlarımızdan dərhal çıxarılmasını tələb edən və hüquqi öhdəlik yaradan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə baxmayaraq, işğal davam etmişdir. ATƏT bu məsələ ilə məşğul olacaq xüsusi bir qrup da yaratmışdır və həmin qrup 28 il ərzində sıfır nəticə hasil etmişdir. Bu, onu nümayiş etdirir ki, ədaləti və sülhü təmin etmək üçün təkcə beynəlxalq hüquq kifayət deyil. Masa üzərində digər amillər də olmalıdır.
O zaman işğal altında olan ərazilərimizin böyük hissəsi 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində azad edildi. Lakin məsələ bununla bitmədi, çünki separatçılar Azərbaycanın suverenliyinə xələl gətirməyə davam edirdilər. Bu məsələdə sonuncu nöqtə ötən ilin sentyabrında qoyuldu və Azərbaycanın suverenliyi tam şəkildə bərpa edildi. Münaqişəyə nəhayət son qoyuldu və bu, məhz belə də olmalı idi.
Çıxışında dövlətimizin başçısının enerji təchizatından da söhbət açdığını vurğulayaraq deyib: “Ölkə Prezidenti qeyd etdi ki, enerji təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz parçasıdır. Azərbaycandan İtaliyayadək uzanan, Cənub Qaz Dəhlizi adlanan 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemi bu gün 10 ölkənin enerji təhlükəsizliyini təmin edir. Hazırda 10 ölkə Azərbaycandan qaz alır və onlardan 7-si Avropa İttifaqının üzvüdür. Bu səbəbdən Avropa Komissiyası Azərbaycanı ümumavropa qaz təchizatçısı və etibarlı tərəfdaş adlandırır. Boru kəmərinin başlanğıcı Azərbaycandadır və İtaliyaya qədər uzanır. Ancaq marşrut boyu mövcud olan əlavələr və interkonnektorlar sayəsində bu kəmər daha geniş coğrafiyanı əhatə edir. Burada da artım üçün güclü potensial var. Bu gün biz ən azı üç Avropa ölkəsi ilə qaz təchizatına dair danışıqlar aparırıq”.
İkitərəfli əlaqələrin enerji və ticarətlə məhdudlaşmır hazırda humanitar məsələlər üzərində də fəal iş gedir. Artıq İtaliya - Azərbaycan Universiteti fəaliyyətə başlayıb və bu, iki ölkə arasında əməkdaşlığın şaxələndirilməsinin gözəl nümunəsidir. İtaliyanın beş aparıcı universitetinin və onların Azərbaycandan olan tərəf-müqabilləri bu müştərək təsisatı yaradıblar. Bu, gələcək əməkdaşlıq üçün mühüm əhəmiyyət kəsb edəcək.
Pirşağı qəsəbəsi, 112 nömrəli tam orta məktəbin
Riyaziyyat müəllimi Günel Bərxudarova