
Prezident İlham Əliyev uzun illər ərzində Azərbaycan və İtaliyanın strateji tərəfdaşlar kimi fəaliyyət göstərdiyini qeyd edib, iki dövlət arasında müvafiq bəyannamənin təqribən 10 il əvvəl qəbul edidiyini bildirib. “Bizim əməkdaşlığımız bir çox sahəni əhatə edir. Bizim müntəzəm siyasi təmaslarımız var. Yüksək səviyyəli siyasi təmaslarımız bizim yaxın siyasi tərəfdaş olduğumuzu nümayiş etdirir”.
Gerçəkdən də İtaliya və Azərbaycanın münasibətləri Azərbaycanla bəzi Avropa dövlətlərinin münasibətlərindən fərqlənir.
Azərbaycanın dövlət başçısı sözügedən çıxışı zamanı qeyd edib ki, boru kəmərinin başlanğıcı Azərbaycandadır və İtaliyaya qədər uzanır. Ancaq marşrut boyu mövcud olan əlavələr və interkonnektorlar sayəsində bu kəmər geniş Avropa və Avrasiya çoğrafiyasını əhatə edir. Burada da artım üçün güclü potensial var.
Bütün bunlara əsaslanaraq deyə bilərik ki, aparılan danışıqlar, imzalanan müqavilələr Azərbaycan-İtaliya strateji tərəfdaşlığını getdikcə daha da gücləndirəcək.
Sabunçu qəsəbəsi, 170 saylı tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi Aygün Abbasova