Birinci Qarabağ müharibəsi zamanı itkin düşən şəhid Mübariz Ağahüseyn oğlu Şahmurovun nəşi tapılıb.Şəhid Mübariz Şahmurov sabah Keşlədə yerləşən Şəhidlər xiyabanında torpağa tapşırılacaq.
Qeyd edək ki, şəhid Mübariz Şahmurov Sabirabadın Nərimankənd kəndində anadan olub. Onun vaxtilə oxuduğu kənd məktəbi də şəhidimizin adını daşıyır.
Xatırladaq ki, M.Şahmurov Milli Qəhrəman Aqil Quliyevin dəstəsində döyüşüb. Mübariz Şahmurov 1992-ci il fevralın 26-da 29 yaşında Xocalıda qəhrəmanlıqla şəhid olub. /"Teleqraf"