Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Qazaxıstana səfər edib. 2025-ci il oktyabrın 21-də Astanada bəyanatla çıxış edərkən dövlətimizin başçısı bir çox məsələlərə toxunub. Qazaxıstandakı modernləşdirmə, müasir texnologiyaların, o cümlədən süni intellektin inkişafı üzrə həyata keçirilən islahatlar ölkədə müsbət dəyişikliklərə, inkişafa yol açmışdır. Cənab prezident İlham Əliyev Qazaxıstanın beynəlxalq nüfuzunun möhkəmləndiyini də vurğulamışdır.
Qazaxıstan həm etibarlı tərəfdaş, həm də yaxşı dostdur. Azərbaycana hər zaman qardaş dəstəyini hiss etdirib. İşğal dövründə bütün beynəlxalq platformalarda Azərbaycanın yanında olub. Ölkələrimiz istər BMT, istərsə də digər beynəlxalq təşkilatlar çərçivəsində bir- birini dəstəkləyir.
Azərbaycan və Ermənistan arasında sülh prosesinə dəstəyinə görə Qazaxıstan prezidentinə minnətdarlığını bildirib, həmin razılaşmanın Cənubi Qafqaza və daha geniş coğrafiyaya, o cümlədən nəqliyyat-logistika sahəsinin inkişafına müsbət təsirini qeyd edib.
Azərbaycan və Qazaxıstan xalqını ümumi köklərə, mənəvi və mədəni ortaqlığa əsaslanan dostluq, ümumi qardaşlıq birləşdirir. Fəaliyyətimizi, münasibətlərimizi qarşılıqlı səfərlərlə intensivləşdiririk. Ölkələrimiz arasında fəal qarşılıqlı fəaliyyət həm də geosiyasi əhəmiyyətə malikdir. Yeni nəqliyyat yollarının açılması, Avrasiya regionu ilə bağlı layihələrin həyata keçilirməsi Cənubi Qafqaz və Mərkəzi Asiyanı daha çox bir-birinə bağlayır.
Cənab prezident İlham Əliyev “Böyük Qayıdış” layihəsinin həyata keçirilməsində Qazaxıstanın qardaş köməyinin müstəsna əhəmiyyətə malik olduğunu da nəzərə çatdırıb. Füzulidə Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi bu gün təkcə uşaqların təhsili və inkişafı ocağı deyil, həm də qardaşlığımız və dostluğumuzun rəmzidir.
Bəyanatda Zəngəzur dəhlizi məsələsinə də toxunulub. Azərbaycan ərazisində avtomobil və dəmir yolu əlaqəsi üzrə bütün işlər gələn ilin ortalarında başa çatdırılacaq.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sonda qardaş münasibətə və səmimi qəbula görə Qazaxıstan Respublikasını Prezidenti Kasım-Jomart Tokayevə minnətdarlığını ifadə edərək onu gələn il Azərbaycana dövlət səfərinə dəvət edib.
Raman qəsəbəsi, 198 nömrəli tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi Ətrabə Ağayeva