
"Times of Israelə xəbər verir ki, bunu İsrailə səfər edən ABŞ dövlət katibi Antoni Blinken İsrail prezidenti İsaak Hersoqla görüşü zamanı deyib.
“Bu, həlledici məqamdır: girovları azad edilməsi, atəşkəsə nail olmaq və hamını davamlı sülh və təhlükəsizliyə aparan ən yaxşı yola qoymaq üçün bəlkə də ən yaxşı, bəlkə də son fürsətdir”, - o bildirib.
Blinken həmçinin iyul ayında HƏMAS lideri İsmayıl Haniyənin Tehranda öldürülməsindən sonra İranın İsrailə mümkün hücumu təhlükəsi fonunda regional gərginliyin qarşısını almaq üçün də çalışdığını bildirib.