
Bu barədə hərəkatın rəhbərliyinin üzvü Usamə Həmdan məlumat yayıb.
“Biz İlon Maskı Qəzza zolağına səfər etməyə çağırırıq ki, o, Qəzza zolağında xalqımıza qarşı törədilən qətliamın miqyasını görə bilsin”, - deyə U.Həmdan bildirib.
HƏMAS, həmçinin dünya mediası jurnalistlərini törədilən dağıntıların miqyasını, uşaqlara və müdafiəsiz dinc sakinlərə qarşı soyqırımı əlamətlərini görmək üçün Qəzza zolağında iştiraklarını gücləndirməyə çağırıb.
Noyabrın 27-də İlon Mask İsrailə səfər edib və İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu və Prezidenti İsaak Hersoqla görüşüb. Amerikalı iş adamı Netanyahunun müşayiəti ilə HƏMAS-ın hücumu nəticəsində İsrailin ən çox zərər çəkmiş yaşayış məntəqələrindən biri sayılan Kibbutz Kfar Azaya baş çəkib. Mask İsrailin Baş naziri ilə HƏMAS-ın məhv edilməsi ilə bağlı razılığa gəlib və “başqa variant yoxdur” deyib. O, həmçinin qeyd edib ki, yəhudi dövlətinə münaqişə bitdikdən sonra Qəzza zolağının “demilitarizasiyası” və “deradikalizasiyası”nda kömək etmək istəyir.