Astanada TDT-nin 10-cu yubiley Zirvə görüşü keçirilir - YENİLƏNİB

Astanada TDT-nin 10-cu yubiley Zirvə görüşü keçirilir - YENİLƏNİB Qazaxıstanın paytaxtı Astanada Türk Dövlətləri Təşkilatının (TDT) 10-cu yubiley Zirvə görüşü keçirilir.

“Report”un Astanaya ezam olunan əməkdaşı xəbər verir ki, tədbirin açılışında Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bütün iştirakçıları salamlayıb.

Açılış nitqində Qazaxıstan Prezidenti Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsi münasibəti ilə Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib. Onun sözlərinə görə, Azərbaycan suverenliyini bütün ərazisində təmin etməklə BMT-nin sənədlərini icra etdi.

***
Qazaxıstanın paytaxtı Astanada Türk Dövlətləri Təşkilatının (TDT) 10-cu yubiley Zirvə Görüşü keçirilir.

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev tədbirdə iştirak edən Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb.

Dövlət başçıları birgə foto çəkdiriblər.

Oxşar xəbərlər