44 gündə 30 illik ədalətsizliyə son qoyuldu

44 gündə 30 illik ədalətsizliyə son qoyuldu 2021 –ci il 31 mart tarixində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının qeyri –formal zirvə görüşü keçirildi. Görüşdə Cənab Prezidentimizin qalib ölkənin Ali Baş Komandanı olaraq iştirakı Azərbaycan vətəndaşı olaraq hər birimizin qəlbində fəxarət hissi oyatdı. Hörmətli Prezidentimiz 44 günlük zəfərimizdən və bu müharibəyə qədərki 30 illik nəticəsiz qalan danışıqlar prosesindən danışdı. Cənab Prezident beynəlxalq təşkilatların bu münaqişnin həlli üçün heç bir fəaliyyət göstərmədiyini xüsusilə qeyd etdi, Minsk Qrupunun yarıtmaz fəaliyyəti, Ermənistana qarşı heç bir sanksiya tətbiq etməməsi, cinayətkar dövlətə qarşı təzyiq göstərməməsini pislədi. Cənab Ali Baş Komandan Ermənistanın danışıqlar prosesini uzatmasını , eyni zamanda son iki ildə işğalçı ölkə rəhbərlərinin “Qarabağ Azərbaycandır!“ deməklə təxribatçı çıxışlarla danışıqları mənasız etdiyini qeyd etdi. Şuşaya qondarma dövlətin parlamentinin köçürülmək və andiçmə mərasimi keçirilməsi xalqımızın heysiyyatına və mənliyinə toxunmaq idi. 2020-ci il iyul ayında Tovuz rayonu ərazisində ermənilərin növbəti təxribatı Azərbaycan xalqının səbrini tarıma çəkdi . Xalqımız və dövlətimiz bu işğalla heç bir vaxt barışmamışdı. Buna görə də minlərlə Azərbaycan vətəndaşı Ali Baş Komandanla birlik nümayiş etdirdi və könüllü cəbhəyə yazıldı.

Nəhayət, 2020 –ci ilin 27 sentyabrında mənfur düşmənin növbəti təxribatı münaqişənin hərbi yolla həllini labüd etdi. Azərbaycan ordusu başda Ali Baş Komandanımız Cənab İlham Əliyev olmaqla 44 gündə 30 illik ədalətsizliyə son qoydu. Müzəffər ordumuzun gücü ilə qələbə qazandıq . Azərbaycan ərazi bütövlüyünü bərpa etdi. Bu tarixi zəfərimiz xalqımızın tarixində qızıl səhifədir. Bu zəfərə imza atan Azərbaycan dövləti və xalqı bütün türk dünyasını birləşdirdi. Zəngəzur dəhlizi bütün türk dünyasının birlik simvolu olacaq.

İndi minlərlə şəhid və qazimizin qanı ilə suvarılan yurdumuza dönürük. Bu dönüşümüzlə şəhidlərin müqəddəs ruhlarını sevindirməli, Qarabağımızı gülüstana çevirməliyik. Böyük qayıdışımızla düşmənə göz dağı verməli , bir daha Vətənimizə yağı əlinin uzanmasına yol verməməliyik.

Zəfərin mübarək, Azərbaycan!

Sabunçu rayon Cəlal Məmmədyarov adına 155 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Vəliyeva Humay Fərzalı qızı

Oxşar xəbərlər