Zirvə görüşünün Şuşada təşkili rəmzi məna daşıyır

Zirvə görüşünün Şuşada təşkili rəmzi məna daşıyır
Türk dövlətlərinin Parlament nümayəndələrinin plenar iclası keçirildi. Ev sahibliyi Türkiyədən Azərbaycana keçdi.
6 iyun tarixində TÜRKPA nümayəndələri ilə Cənab Prezidentin görüşü oldu. Qazaxısatan, Qırğısıtan, Türkiyə, Şimali Kipr, Özbəkistan parlamentinin nümayəndələri və Macarıstan Milli Assambliyasının sədr müavinini qəbul etdi. Cənab Prezident qonaqları səmimiyyətlə salamladı. TÜRKPA nümayəndələrinjn qəbulu zamanı Prezident İlham Əliyev mühim mesajlar verdi. Cənab Prezidentimiz seçkilərdən sonra and içərkən Türk dünyası ilə bağlı söylədiyi sözləri bir daha xatırladı.”Bizim ailəmiz Türk dünyasıdır Bizim Türk dünyasından başqa ailəmiz yoxdur”. Cənab Prezidentimizin bu sözləri Azərbaycanın türk xalqlarının birliyi barədə siyasətini açıq şəkildə büruzə verir.Azərbaycanın xarici siyasətinin əsas istiqaməti Türk dünyasının birliyidir.Bu birlik təkcə iqtisadiyyat , ticarət ,nəqliyyat sahəsində deyil , siyasi sahədə də olmalıdır. Cənab İlham Əliyev “Türk dünyası güclənməlidir. Hansı türk dövlətinə təyziq olarsa, boz bir-birimizə gözüyumlu yardım etməliyik. Təhlükəsizlik və hərbi sahədə birliyimiz olmalıdır Hamımız bir nöqtəyə vurmalıyıq. Bizim birliyimiz etnik-mədəni köklər üzərindədir. Bizim xalqlarımız birləşərsə, böyük güc mərkəzinə çevriləcəyik”.
Cənab Prezidentimiz 44 günlük savaşımızda Türkiyə dövlətinin siyasi sahədə bizə dəstəyini də qeyd etdi və bir daha Türkiyə dövlətinə Azərbaycan xalqı adından öz təşəkkürünü bildirdi. Həmçinin Şuşa Bəyənnaməsindən də danışaraq onun əhəmiyyətini qeyd etdi.
Həmçinin Cənab Prezidentimiz hər bir Türk dövlətinin Parlament nümayəndəsinin çıxışını dinləyərək onların Qarabağdakı quruculuq işlərinə dəstəyini təqdir etmişdi. Cənab İlham Əliyev Azərbaycanın təşəbbüsü ilə bir aydan sonra Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün keçiriləcəyini də qeyd edərək davamlı təmasların əhəmiyyətindən danışdı. Zirvə görüşünün Şuşada təşkili rəmzi məna daşıyır. Azad torpaqlarımızda daim dostlarımız var olsun ! Türk birliyimiz yaşasın !

Sabunçu qəsəbəsi, 155 nömrəli orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi Humay Vəliyeva

Oxşar xəbərlər