Pakistanda fəlakət: hökumət dəhşətli statistika açıqladı

Pakistanda fəlakət: hökumət dəhşətli statistika açıqladı Pakistanda son 3 gündə leysan yağışlar və ildırım çaxması nəticəsində yaranan daşqınlar onlarla insanın ölümünə səbəb olub.

Hökumət təbii fəlakət nəticəsində ən azı 55 nəfərin öldüyünü bildirib. Səlahiyyətlilər Hayber Paxtunhvada 12, Pəncabda 21 və Bəlucistanda 10 nəfərin öldüyünü açıqlayıb.

Bir çox şəhərdə evlər, küçələr, avtomobillər sel suları altında qalıb.

Pakistanın baş naziri Şehbaz Şərif Milli Fəlakət İdarəsinə bütün şəhərlərlə koordinasiya etməyi tapşırıb.

Pakistana həftə boyu güclü yağışların yağacağı gözlənilir.

Oxşar xəbərlər