Hindistanda təbii fəlakət: 156 nəfər ölü

Hindistanda təbii fəlakət: 156 nəfər ölü Hindistanın Bihar ştatında baş verən daşqınlar nəticəsində 156 nəfər ölüb.

TASS agentliyinin verdiyi xəbərə görə, iki həftə ərzində təbii fəlakətdən 1 milyon 400 min nəfər zərər çəkib.

Ştatda tüğyan edən daşqınlar 8 milyon hektar əkin sahəsini, avtomobil yollarını su altında qoyub, onlarla körpünü uçurub. Təbii fəlakət zonasından ümumilikdə 556 min nəfər təxliyə olunub, 303 min nəfər müvəqqəti sığınacaqlara yerləşdirilib.

Qeyd edək ki, daşqınlara səbəb yağan şiddətli yağışlar nəticəsində altı çayın məcrasından çıxması olub.

Oxşar xəbərlər