
"Ölkə.Az" xəbər verir ki, təbii fəlakət 15 nəfərin ölümünə səbəb olub.
Sürətli axıntıya qapılan 15 nəfər suda boğularaq həlak olub. Bu barədə Taylandın fövqəladə vəziyyət komissiyasından məlumat verilib.
Daşqınlar ölkənin 8 vilayətinə ciddi ziyan vurub. Ümumilikdə bir milyondan çox insana ziyan dəyib. Ölkənin kənd təsərrüfatına külli ziyan dəyib.
Bir çox yerlərdə suyun səviyyəsi 1.5-2 metrə çatır. Davam edən yağışlar suyun səviyyəsini daha da artıracaq.