Qardaşlıq əlaqələrinin təzahürü

Qardaşlıq əlaqələrinin təzahürü
Fevralın 19-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev seçkilərdən sonra ilk rəsmi səfərini qardaş Türkiyəyə etmişdir. Artıq ənənə halını almış bu səfərlər iki qardaş ölkənin münasibətlərinin strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini sübut edir. Dövlət başçımızın fevralın 19-da Ankarada mətbuata bəyanatla etdiyi çıxışında dediyi kimi, əcdadlarımızdan qalan bir ənənədir və Azərbaycan Prezidenti bu ənənəyə sadiqliyini bir daha nümayiş etdirdi.
Fevralın 7-də keçirilən prezident seçkiləri ilk dəfə Azərbaycanın suveren torpaqlarının hamısında keçirilməsini tarixi önəm daşıdığını qeyd edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan nəticələrin qardaş Azərbaycan xalqı üçün xeyirli olmasını diləmiş və bundan sonra da hər iki qardaş ölkənin vahid platformadan çıxış edəcəyini bildirmişdir.
Prezident İlham Əliyev qardaş Türkiyənin 44 günlük Vətən müharibəsinin gedişində Azərbaycana verdiyi siyasi-mənəvi dəstəyi növbəti dəfə qeyd etməklə ölkələrimiz arasında olan dostluq və qardaşlıq münasibətlərinin önəmini bir daha diqqət mərkəzinə çəkmiş oldu: “Türkiyənin bu gün dünya miqyasında söz sahibi olması və beynəlxalq nüfuzunun getdikcə daha da artması danılmaz reallıqdır.
Cənab Prezident İlham Əliyevin dediyi kimi, hazırda dünyanın bir çox bölgələrində cərəyan edən qlobal əhəmiyyətli hadisələrin məhz hansı məcraya istiqamətlənəcəyi birbaşa Türkiyənin mövqeyindən də çox asılıdır. Əlbəttə ki, bu, Türk dünyasına mənsub olan hər bir insanı son dərəcə sevindirir və qürurlandırır. Azərbaycan isə, aydındır ki, Türkiyənin bu uğurlarına öz uğurları kimi sevinir. Möhtərəm dövlət başçımız öz çıxışında 2020-ci ildə Azərbaycanın apardığı Vətən müharibəsinin gedişində Türkiyənin ilk saatlardan sona qədər yanımızda olduğunu bir daha qeyd etdi və bildirdi ki, Türkiyə Prezidentinin qəti və dəqiq açıqlamaları bir çoxları üçün ciddi mesaj oldu və onları hərbi münaqişəyə müdaxilə etməkdən çəkindirdi. Əlbəttə ki, bu siBütün bu amillər hər iki ölkənin dünya iqtisadiyyatına inteqrasiyasında mühüm rol oynayır və qarşılıqlı əməkdaşlığı nəzərdə tutan yeni-yeni layihələr dünya birliyində Azərbaycanın və Türkiyənin nüfuzunun, mövqeyinin güclənməsinə təkan verir. Bu gün Azərbaycan və Türkiyə öz gücünə güc qatır və bu bütün Türk dünyasının, Türk Dövlətləri Təşkilatının hər bir üzvünün güclənməsi deməkdiryasi-mənəvi dəstək Azərbaycanın 30 il davam edən işğala öz gücünə cəmi 44 günə son qoymasında böyük rol oynadı.Bütün bu amillər hər iki ölkənin dünya iqtisadiyyatına inteqrasiyasında mühüm rol oynayır və qarşılıqlı əməkdaşlığı nəzərdə tutan yeni-yeni layihələr dünya birliyində Azərbaycanın və Türkiyənin nüfuzunun, mövqeyinin güclənməsinə təkan verir. Bu gün Azərbaycan və Türkiyə öz gücünə güc qatır və bu bütün Türk dünyasının, Türk Dövlətləri Təşkilatının hər bir üzvünün güclənməsi deməkdir
Balaxanı qəsəbəsi, 259 nömrəli tam orta məktəbin İbtidai sinif müəllimi Çimnaz Muradova

Oxşar xəbərlər