Ərdoğana Türk dünyasının ali ordeni verilir

Ərdoğana Türk dünyasının ali ordeni verilir Qazaxıstan Respublikasının Prezidenti Qasım-Jomərt Tokayev Türk Dövlətləri Təşkilatının (TDT) Səmərqənddə keçirilən sammitində Rəcəb Tayyib Ərdoğana Türk dünyasının ali ordeninin təqdim edilməsini təklif edib.

“Kazinform” xəbər verir ki, o, çıxışında TDT-nin rolunun getdikcə atdığını qeyd edib.

“Bizim birliyimiz hər gün daha da güclənir. Bunun sayəsində türk dünyasının beynəlxalq aləmdə siyasi nüfuzu xeyli artıb. Keçən il TDT-yə cənab Rəcəb Tayyib Ərdoğan sədrlik etdi və təşkilatın nüfuzunun yüksəldilməsinə və nüfuzunun güclənməsinə mühüm töhfə verdi.

Əminəm ki, gələn il Türkiyə Cümhuriyyətin elan edilməsinin yüz illiyini qeyd edəcək qardaş Türkiyə bundan sonra da əməkdaşlığımızın möhkəmlənməsinə öz töhfəsini verəcək. Bu baxımdan, cənab Rəcəb Tayyib Ərdoğanın Türk Dünyasının Ən Ali Ordeninə layiq görülməsini təklif etmək istərdim. Bu təklif yekdil dəstək tapdı və buna görə hər kəsə minnətdarlığımı bildirirəm”, - deyə Kasım-Jomart Tokayev bildirib.

Oxşar xəbərlər