Türkiyə-Azərbaycan əlaqələri qardaşlıq əlaqələridir

Türkiyə-Azərbaycan əlaqələri qardaşlıq əlaqələridir Türk birliyinin təməlini Dünya Azərbaycanlılarının I Qurultayını keçirməklə soydaşlarımızın həmrəyliyini təmin edən ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə türk dünyası birliyinin də təməlini qoyulmuşdur. Bundan sonra davamlı keçirilən Dünya Azərbaycanlılarının qurultayları, Türkdilli dövlətlərin və topluluqların X dostluq, qardaşlıq və əməkdaşlıq qurultayı , Bakıda təşkil olunan Azərbaycan və türk diaspor təşkilatlarının I Forumu, Türkdilli dövlət və cəmiyyətlərinin XI dostluq, qardaşlıq və əməkdaşlıq qurultayı türkdilli dövlətlər arasındakı münasibətləri gücləndirdi, soy-kökü eyni mənbədən qaynaqlanan, oxşar mədəniyyətə, tarixə malik ölkələri birləşdirdi.
Prezident İlham Əliyevin cari ilin 19 fevral tarixində Türkiyənin paytaxtı Ankarada rəsmi səfərdə olmuşdur. Prezident İlham Əliyevin prezident seçilməsindən dərhal sonra ilk rəsmi xarici səfərini Türkiyəyə etməsi Türkiyə-Azərbaycan birliyinə və qardaşlığına olan böyük və dərin hörmətinin nəticəsidir.
Türkiyə-Azərbaycan birliyi ölkənin siyasi, iqtisadi həyatında tarixi nailiyyət olan TANAP-ın istismara verilməsi Türkiyə-Azərbaycan qardaşlığının təzahürü, zəfəri adlandıran Prezident İlham Əliyev bəyanatında “ TANAP-ın imkanlarının artırılması, Xəzərin təbii qazının Türkiyəyə və Avropaya çatdırılması bu istiqamətdəki prioritetlərimiz arasındadır. Naxçıvana səfərim çərçivəsində təməlini qoyduğumuz İğdır-Naxçıvan təbii qaz boru kəməri layihəsi ilə enerji sahəsində əməkdaşlığımızı yeni bir səviyyəyə çatdırdığımızı da xatırlatmaq istəyirəm.» deyə qeyd etmişdir.
Bundan əlavə Azərbaycan xalqının Türkəyinin qardaşlıq dəstəyini heç vaxt unutmayacaqdır. Türkiyə-Azərbaycan əlaqələri qardaşlıq əlaqələridir. İkinci Qarabağ savaşından sonra bizə göstərilən dəstək bu əlaqələri yeni yüksək zirvəyə qaldırmışdır. Bu gün Müttəfiqlik Bəyannaməsini əsas götürərək bütün məsələlərdə Azərbaycan və Türkiyə bir yerdədir, bir nöqtəyə vururuq. Biz öz gücümüzə güc qatırıq və təbii ki, Türk dünyasının birləşməsi, ortaq köklərə sahib olan xalqların bir arada olması Türk Dövlətləri Təşkilatının hər bir üzvünü gücləndirəcək. Bu gün bu məsələ ilə də bağlı geniş müzakirə aparılmışdır. Türk Dövlətləri Təşkilatının Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə görüşü hörmətli Prezidentin qeyd etdiyi kimi, bu ilin iyul ayında keçiriləcəkdir. Eyni zamanda, müşahidəçi statusunda olan Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti də mənim dəvətimlə bu görüşdə iştirak edəcək və bu, bizim ümumi işimizə, Türk xalqlarının birliyi işinə növbəti güclü təkan verəcəkdir deyə Preziden İlham Əliyev qeyd etmişdir.

Maştağa qəsəbəsi, 255 №-li tam orta məktəbin
ibtidai sinif müəllimi Ülviyyə Abdullayeva

Oxşar xəbərlər