Bu gün Azərbaycan Beynəlxalq arenada etibarlı tərəftaş hesab edilir

Bu gün Azərbaycan Beynəlxalq arenada etibarlı tərəftaş hesab edilir
Bu gün Azərbaycan Beynəlxalq arenada etibarlı tərəftaş hesab edilir. Bunun səbəbi Azərbaycanın Müstəqil xarici və daxili siyasətə malik ölkə olmasıdır. Ölkəmizin qonşu dövlətlərlə münasibətləri dostluğa və qarşılıqlı marağa əsaslanır. İstər Avropa, itər Asiya ölkələri ilə münasibətlərimizdə fəal qarşılıqlı əlaqələr görünməmiş dərəcədə yüksəkdir və bu dinamika davam etməkdədir.
İşğal olunmuş ərazilərimizin azad edildiyi tarixi Qələbimizdən sonra xalqımızın güclü birliyi, sabit siyasi sistemi nəticəsində Azərbaycanın daxilində risklər yoxdur. İşğal dövründə də inkişaf edən iqtisadiyatımıza ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa etdikdən sonra daha geniş miqyaslı islahatlar aparılır ki, büdcədə daha cox vəsait toplansın. Bu vəsaitin əsas hissəsi azad edilmiş Qarabağa və Şərqi Zənqəzura yönləndiriləcəkdir ki, 2026-cı ilin sonunadək, 140 min insanın yerləşdirilməsi üçün yaşayış yerlərinin inşası aparılsın, sosial infrastruktur bərpa olunsun.
Bütün bunlatın həyata keçirilməsi üçün qarşıdan gələn illərdə iqtisadi artımı təmin edəcək sahələrə yerli və xarici investisiyaların qoyuluşu vacib şərtlərdəndir. İqtisadi inkişafın təməlinə aparılmış islahatlar dayanır. Bu islahatlar neft və qaz sektorunda asılılığı azaltmağa bərpa olunan enerji mənbələrindən istifadə aparılan işlərdən ibarətdir. Təbii ehtiyatlar baxımından Azərbaycanda böyük potensial var. Neft və qaz hasilatı ilə yanaşı böyük həcmdə günəş və külək enerjisinin istesalı da planlaşdırılır. Artıq 230 meqabat gücündə olan və xarici invenstorlar tərəfindən tam maliyyələşdirilmiş günəş elektrik stansiyası fəaliyyət göstərir.
Yalnız enerji sahəsində deyil, iqtisadiyatın hər bir sahəsində aparılan islahatlar, yeniliklər, digər dövlətlərlə qurulan əlaqələr, ölkədəki siyasi stabilliyi və birliyin baris göstəricisidir.
Azərbaycan günü-gündən çiçəklənir və inkişaf edir. Son 20 ildə yoxsulluq səviyəsində yaşayan əhalinin sayı təqribən 50 faizdən 5,5 faizə qədər enib. Bu yüksəliş davam etməkdədir.
Azərbaycanda bir çox etnik qruplar var. Onların hamısı sülh içində yaşayır, bütün hüquq və təminatlardan faydalanırlar. Baxmayaraq ki, Ermənistan ərazisində demək olar ki, azərbaycanlı qalmayıb, bir milyon azərbaycanlı Ermənistan höküməti tərəfindən deportasiya edilib, sahəsi təxminən 15 min kvadrat kilometr olan ərazi dağıdılıb, Azərbaycan Qarabağ ermənilərinin hüquqlarının tam təmin olunacağına təminat verir.
O ərazilərin bərpa işləri, sosial həyatın yaxşılaşdırılması üçün hər çür tədbirlər həyata keçirilir.
Bu gün Azərbaycanın müxtəlif yerlərində erməni əhalisi heç bir problem olmadan yaşayır.
Bakıxanov qəsəbəsi, 213 nömrəli məktəb-liseyin
Azərbaycan dili və Ədəbiyyat müəllimi Sədaqət Cabbarova

Oxşar xəbərlər