İqtisadi inkişafın təməlində aparılmış islahat dayanır

İqtisadi inkişafın təməlində aparılmış islahat dayanır İqtisadi inkişafın təməlində aparılmış islahat dayanır. İqtisadiyyatımızı şaxələndirməyə, neft və qaz sektorundan aslılığı azaltmağa nail olmuşuq. Son 20 ildə 300 milyard dollardan artıq sərmayə cəlb edilib.
Yoxsulluq səviyyəsində yaşayan əhalinin sayı təqribən 50 faizdən 5,5 faizə qədər enib. Bu onu göstərir ki, enerji layihələrinin həyata keçrilməsi nəticəsində əldə edilmiş sərvət əhalimizin bütün seqmetləri arasında ədalətli bölünüb, xarici borcun səviyyəsi hər il azalır. Növbəti il üçün hədəf ümumi daxili məhsulunun 7 faizdir. Buda Azərbaycan iqtisadiyyatının davamlılığını göstərir.
2030-cu il üçün baxışımızın hədəfi öz resurslarımıza, maliyyə imkanlarımıza əsaslanır. Bu da öz növbəsində qarşıdan gələn illərdə iqtisadi artımı təmin edəcək, sahələrə yerli və xarici investisiyaların qoyulmasından ibarətdir.
Təbii ehtiyatları baxmından Azərbaycan olduqca böyük potensiala malikdir. Avropada Azərbaycan qazına ehtiyac var, və bu ehtiyac artmaqda davam edir.
İqtisadiyyatımız hətta işğal dövründə də inkişaf edib. Biz Azərbaycan xalqı olaraq ərazi bütövlüymüzü və suverənliymizi tam bərpa etmişik. Bizim sabit siyasi sistemimiz ,xalqımızın çox güclü birliyi var. Xüsusilə qeyd edə bilərəmki xalqımız öz birliymizi işğal edilmbmtiş əraziləri azad edərkən dünya dövlətlərinə göstərdi.Biz xalqımız və igid əsgərləmiz sayəsində tarixi qələbəni yaşadıq. Azərbaycan sülh sazişi üçün əsas götürüləcək beş təməl prensipi hazırlayıb, bir-birimizin ərazi bütövlüyünün qarşılıqlı sürətdə tanınması,gücdən istifadə etməmə, bir-birinə ərazi iddialarının olmaması, iki ölkə arasında kommunikasiyaların açılması münasibətlərin normallaşması. Bütün bunlar beynəlxalq hüquqa əsaslanır. Bu gün Azərbaycan xalq dünayanın müxtəlif ölkələrində erməni əhalisi ilə birgə hec bir problem olmadan yaşayır.Buna nümunə olaraq göstərə bilərik ermənilər və azərbaycanlılarla Rusiyada,Ukranyada və hətta Gürcüstanda eyni kəndlərdə yaşayırlar.
Biz dördüncü ildir ki, BMT-dən sora ikinci ən böyük beynəlxalq təsisat olan “Qoşulmama Hərəkatına” sədirlik edirik.Azərbaycan “Qoşulmama Hərəkatına” yeni ölçü və dinamika verməkdə vacib rol oynamışdır. COVİD pandemiyası dövründə 80-dən çox ölkəyə yardım göstərilmişdi. “Qoşulmama Hərəkatında” sədirliymiz bizə siyasətimizi və imkanlarmızı nümayiş etdirməyə şərait yaratdı.

Maştağa qəsəbəsi, 209 saylı məktəbin
ibtidai sinif müəllimi Rəhilə Məlikova

Oxşar xəbərlər