Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat yollarının coğrafi kəsişməsində yerləşir

Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat yollarının coğrafi                    kəsişməsində yerləşir
25 may 2023 cü ildə Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclası keçirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdə tədbirdə qonaq qismində iştirak edib.
İlham Əliyev çıxışı zamanı Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat yollarının coğrafi kəsişməsində yerləşdiyini vurğulayıb.
Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən və əlverişli geostrateji mövqeyə malik Azərbaycanda nəqliyyat dəhlizlərinin inkişafı ilə bağlı son illərdə görülən işlər xüsusi diqqətə layiqdir. Xüsusilə, Şərq-Qərb nəqliyyat dəhlizi Çin və Avropa arasında ən qısa marşrutdur, tranzit və yüklərin daşınması baxımından səmərəlidir. Ölkə Prezidenti İlham Əliyevin təşəbbüsü sayəsində Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi, yükləri quru yolla birbaşa Avropaya çatmasına imkan yaradıb. Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yol olan Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi ilə Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizi ilə konteyner daşımalarının əhəmiyyətli dərəcədə artmasına nail olunub.
Eyni zamanda Azərbaycan alternativ dəhlizlərdən üstünlüyə malik olan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı istiqamətində də ciddi işlər görüb. Bu layihənin nəticəsi olaraq Fars körfəzindən Rusiyaya, eləcə də Şərqi və Şimali Avropa ölkələrinə yüklərin daşınması daha səmərəli olmuşdur, Şimal-Cənub dəhlizinin Azərbaycan ərazisindən keçən infrastrukturu daha da inkişaf etdirilməkdədir. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi yük və sərnişin daşımalarının əhəmiyyətli dərəcədə artmasına imkan verən böyük siyasi və iqtisadi əhəmiyyətə malikdir.
Ümumiyyətlə Strateji Yol Xəritəsində 2025-ci ilə qədər ÜDM-də 3 faizdən çox orta illik real artım və əlavə olaraq da 450 mindən çox yeni iş yerinin yaradılmasını nəzərdə tutulur. Bu baxımdan Azad İqtisadi Zonanın yaradılması həm orta müddətli hədəfin reallaşdırılması eyni zamanda 2025-ci ildən sonrakı dövr üçün əsas hədəf olaraq müəyyənləşdirilən sosial rifah halının yaxşılaşdırılması və insan inkişaf indeksinin ən yüksək səviyyəyə çatdırılması hədəfinin reallaşdırılmasadan müsbət təsir edəcək.



Maştağa qəsəbəsi, 28 nömrəli tam orta məktəbin
coğrafiya müəllimi Ceyhun Sadizadə


Oxşar xəbərlər