Azərbaycanın Xəzər dənizində ən böyük ticarət donanması var

Azərbaycanın Xəzər dənizində ən böyük ticarət donanması var
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin martın 13-də Berlində Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşü olub. Görüş zamanı Prezident İlham Əliyev Azərbaycanın iqtisadi güclənməsi, nəqliyyat infastrukturu, bərpaolunan eneji potensialı, xarici əlaqələr, azad edilmiş torpaqlarda yenidənqurma işləri və digər sahələrdə görülən tədbirlərlə bağlı çıxışlar etmişdir.
Prezident İlham Əliyev əsas hədəfin iqtisadiyyatımızı daha çox şaxələndirmək olduğunu diqqətə çatdırmışdır. Son 20 ildə Azərbaycanın iqtisadi gücü üç dəfədən çox artıb.
Ölkəmizdə külək və günəş enerjisi potensialı 200 qiqavata yaxındır. Qarabağ, Şərqi Zəngəzur, Naxçıvan kimi enerji potensiali olan əraziləri yaşıl enerji zonasına çevirmək planları mövcuddur.
Cənab Prezident onu da vurğulayıb ki, Rusiya-Ukrayna müharibəsi başlayandan qaz təchizatı ilə əlaqədar 10-dan çox Avropa ölkəsindən müraciətlər olub və bu ölkələrin ehtiyaclarını qarşılamaq üçün biz hər şeyi edirik.
Ticarət əlaqələrimizin daha da genişlənməsi nəqliyyatın inkişafını zəruri edir. Dəniz limanları və dəmir yollarının infastrukturlarını daha da genişləndirmək üçün bu sahəyə enerji satışından əldə olunan gəlirlərlə yanaşı, əlavə vəsaitlər də ayrılır.
Azərbaycanın Xəzər dənizində ən böyük ticarət donanması var. Ötən il tranzit yüklərimizdə 75 faizdən çox artım olub və dəniz ticarət limanında müəyyən tıxac yaranıb. Xəzərsahili dövlətlər boru kəməri inşa etdiyi təqdirdə Azərbaycan tərəfi tranziti təmin etməyə hazırdır.
Çıxışı zamanı Prezident İlham Əliyev Qarabağda gedən yenidənqurma işlərindən də danışıb və qeyd edib ki, Ağdam və Cəbrayılda sənaye zonası mövcuddur. Həmin bölgələrdə kənd təsərrüfatı genişləndiriləcək. Həmçinin bu ərazilərdə artıq müəyyən avadanlıqlar istehsalı ilə bağlı tikinti işləri də aparılır.

Maştağa qəsəbəsi, 28 nömrəli tam orta məktəbin
Coğrafiya müəllimi Vəfa Babayeva

Oxşar xəbərlər