Əbu-Dabidəki Dayanıqlılıq Həftəsi Azərbaycanın yüksək səviyyədə iştirakı mövqelərimizin daha da güclənməsinə şərait yaradacaq

Əbu-Dabidəki Dayanıqlılıq Həftəsi Azərbaycanın yüksək səviyyədə iştirakı mövqelərimizin daha da güclənməsinə şərait yaradacaq
Yanvarın 16-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib və açılış mərasimində çıxış edib. Çıxışında dövlətimizin başçısı bildirib ki: “Biz Azərbaycanda bərpaolunan enerji mənbələrini öz enerji təhlükəsizliyimizin təmin olunması üçün inkişaf etdirmirik, enerji təhlükəsizliyimizi hələ bir neçə il əvvəl təmin etmişik. Bu gün Azərbaycan nəinki öz enerji tələbatını təmin edir, həmçinin xam neft, neft məhsulları, təbii qaz, neft-kimya məhsulları və elektrik enerjisi ixrac edir. Bərpaolunan enerji ilə bağlı proqramımız tamamilə fərqli gündəliyə malikdir. Birincisi, bu, onunla bağlıdır ki, nəhəng potensial var. İkincisi, onun sayəsində biz ixracımızı şaxələndirəcəyik. Əlbəttə ki, nəticədə iqtisadiyyatımızın yeni ekoloji təmiz sektoru yaranacaq". Qeyd etmək yerinə düşər ki, Cənab Prezident İlham Əliyev çıxış etdiyi bütün tribunalarda Azərbaycanın enerji potensialının imkanlarını dəqiq şəkildə təsvir edir. Bu həm də bugünkü dünya reallıqlarında və aratan enerji tələbatı dövründə dünyaya verilən ciddi ismarıcdır. Məhz buna görə də Əbu-Dabidəki Dayanıqlılıq Həftəsi Azərbaycanın yüksək səviyyədə iştirakı mövqelərimizin daha da güclənməsinə şərait yaradacaq.
Prezident İlham Əliyevin eyni zamanda qeyd edib ki, cəmi iki il əvvəl Azərbaycan Cənub Qaz Dəhlizi meqaenerji layihəsini öz tərəfdaşları ilə başa çatdırıb, Azərbaycandan Cənubi Avropaya gedən inteqrasiya edilmiş boru kəmərləri sistemini qurub: "Həmin boru kəmərinin uzunluğu 3500 kilometrdən çoxdur. Təbii qaz ixracımız artır - ötən il 19 milyard kubmetr idisə, bu il 24 milyard kubmetrə çatacaq. Bu rəqəm artmaqda davam edəcək. Buna görə mən bir daha söyləmək istərdim ki, Azərbaycanın bərpaolunan enerji mərkəzlərindən birinə çevrilməsi planlarımız Azərbaycanın öz enerji təhlükəsizliyi ilə bağlı deyil. Belə ki, biz həmin işləri artıq söylədiyim başqa səbəblərə görə aparırıq". Azərbaycan Prezidenti qeyd edib ki, quruda 27 qiqavatlıq, 2020-ci ildə Vətən müharibəsi zamanı azad edilmiş ərazilərdə 10 qiqavatlıq külək və günəş enerjisi, həmçinin Xəzər dənizinin Azərbaycan sektorunda 157 qiqavatlıq külək enerjisi imkanları mövcuddur. Ümumilikdə 200 qiqavata yaxın potensialın olduğunu söyləyən dövlətimizin başçısı qeyd edib ki, bizə kifayət qədər ixrac marşrutları lazımdır. Təbii ki, biz bütün həmin layihələri mərhələli şəkildə icra edirik. Əlbəttə ki, Rusiya-Ukrayna müharibəsinin başladığı gündən Avropada yaranan enerji böhranı dövlətlərin bu problemi həll etmək üçün etibarlı tərəfdaş axtarışlarını sürətləndirdi. Məhz Azərbaycan bunun öhdəsindən gələ biləcək potensiala malikdir. Qalır bu imkanlardan ölkəmizin maraqları naminə istifadə etmək. Cənab Prezident İlham Əliyevin xarici siyasətinin təməlində ölkə maraqları birinci yerdə olduğundan bu potensialın da səmərəli şəkildə istifadə olunacağı şübhə doğurmur.

Sabunçu qəsəbəsi, 68 nömrəli tam orta məktəbin
Direktor müavini Asiman Paşayev


Oxşar xəbərlər