
2023-cü ildə əsas iqtisadi prioritet Qarabağı və Şərqi Zəngəzuru bərpa etmək və ordu potensialımızı gücləndirməkdir. Dövlətimizin başçısı qeyd edib ki, “Zəngəzur dəhlizinin iqtisadi səmərəsi heç kimdə şübhə doğurmamalıdır. Zəngəzur dəhlizi Azərbaycan, bəzi qonşu dövlətlər və daha böyük coğrafiya üçün strateji layihədir. Hazırda “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin 2022-2026-cı illər üzrə bərpası və dayanıqlı inkişafı Dövlət Proqramı” layihəsi üzərində iş gedir. Məlumdur ki, Qarabağ və Şərqi Zəngəzurun iqtisadi cəlbediciliyi həm daxili, həm də xarici investisiya yatırımları üçün geniş perspektivlər açır. Bu gün tariximizin ən böyük və ən qürurlu bərpa və yenidənqurma işlərini aparırıq. Ərazilərimizin işğaldan azad edilməsi nəticəsində bir neçə yüz kilometr uzunluğunda dövlət sərhədlərimizə tam nəzarəti müstəqillik tariximizdə ilk dəfə bərpa etmişik. Hərbi qüdrətimizin yüksək səviyyədə saxlanması da dövlətin prioritetləri sırasındadır.
Ermənistanla sərhədlərin müəyyən olunması birmənalı olaraq Ermənistanda revanşist qüvvələr tərəfindən Azərbaycana qarşı irəli sürülən ərazi iddialarına da rəsmən son qoyulması deməkdir. Qarabağ diyarı Azərbaycan ərazisidir və bütün dünya bunu qəbul edir. Ermənistan sərhədlərin delimitasiyası və demarkasiyası ilə əlaqədar konkret addımlar atmalı, vaxtında sülh müqaviləsi imzalamalıdır.
Səriyyəxanım Səfərova - 7 saylı Birləşmiş Şəhər xəstəxanasının baş həkimi