Artıq Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranan Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşub və ölkəmizin ərazi bütövlüyü təmin edilib

Artıq Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranan Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşub və ölkəmizin ərazi bütövlüyü təmin edilib Məlumdur ki, Azərbayan dövləti Vətən müharibəsində qazanılan şanlı qələbə sayəsində qarşısında duran əsas problemin həllinə nail oldu. Artıq Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranan Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşub və ölkəmizin ərazi bütövlüyü təmin edilib. Qarşıda isə bizi işğaldan azad olunan ərazilərin bərpası gözləyir. Baxmayaraq ki, işğalçılar 30 il ərzində bu ərazilərdə hər şeyi məhv edib, amma bu torpaqların hər qarışı bizim sərvətimizdir. Onu da qeyd edim ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad olunan ərazilərimizə hər səfəri zamanı öz çıxışlarında bu məsələ ilə bağlı qarşıya qoyulan planları cəmiyyətimizə çatdırıb. Azərbaycanın güclü dövlət kimi işğaldan azad edilən torpaqlarımızı həyata qaytarmaq, bu əraziləri dirçəltmək əzmində olduğunu bildirib. Dövlətimizin başçısı ölkədə əsas diqqətin azad edilmiş torpaqların bərpasına və inkişafına yönəldiyini qeyd edib. Məlumdur ki, bu sahədə ilkin infrastruktur layihələrinin icrası artıq başlayıb.Bərpa işləri ilə bağlı bəzi addımlar atılıb və planlar elan edilib. Məsələn, Şuşa azad edildikdən dərhal sonra Azərbaycan Respublikası bu şəhərə təxminən 100 kilometirlik yol çəkiləcəyini bəyan edib. Bu işə Türkiyənin 3, Azərbaycanın isə 1 şirkəti cəlb olunub. Bu yolun çəkilişinin 1 il yarıma başa çatdırılması nəzərdə tutulub.

Həmçinin, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Qarabağ regionu ilə ölkənin digər ərazilərini birləşdirən yeni yolların çəkilişi ilə bağlı planlarını açıqlayıb. Aydındır ki, azad olunmuş ərazilərə avtomobil və dəmir yollarının tikintisi regionda digər bərpa işlərinin aparılması üçün də mühüm əhəmiyyət kəsb edir.

Eyni zamanda Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərinin bərpası planlarında Ermənistanın dağıtdığı və təhqir etdiyi milli - mədəni və dini abidələrimizin bərpası da xüsusi yer tutur. Təbii ki, multikulturalist siyasətə daim sadiq olan Azərbaycan azad edilmiş ərazilərdə təkcə müsəlmanlara deyil, həm də xristianlara və digər dinlərə məxsus olan abidələridə bərpa etmək niyyətindədir. Bu məqsədlə UNESCO və digər təşkilatların Azərbaycana dəvət olunması da nəzərdə tutulub.

Məlumdur ki, bütün bu vacib və nəhəng işlərin həyata keçirilməsi böyük maliyyə tələb edir. Bunu nəzərə alan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz çıxışlarında yerli və xarici investorların da bu işə cəlb olunacağını bildirib. İnanırıq ki, işgaldan azad edilən ərazilərimizin bərpası üçün hazırlanan bütün planlar yüksək səviyyədə həyata keçiriləcək. Bu ərazilər böyük tikinti meydanına çevriləcək. Dövlət qısa müddətdə Qarabağın yenidən məskunlaşdırılması üçün orada yeni evlər, yaşayış binaları tikəcək, həmçinin fərdi ev tikmək istəyənlərə hər cür dəstək verəcək. Beləliklə, yaxın bir neçə il ərzində doğma torpaqlarımızın əzəli və əbədi sahibləri olaraq orada yeni müasir şəhərlər, kəndlər yaradacağıq. Və bu regionu tezliklə inkişaf etmiş bir diyara çevirəcəyik.

Bakıxanov qəsəbəsi, 72 saylı məktəb-liseyin tarix müəllimi Nərgiz Mikayılova

Oxşar xəbərlər