İranda etirazlar davam edir: 100 gündə nələr oldu?

İranda etirazlar davam edir: 100 gündə nələr oldu? İranda 1979-cu il inqilabından bəri ən uzun sürən hökumət əleyhinə nümayişlər 100-cü gününə qədəm qoyub.

İranın İnsan Haqları Fəalları Xəbər Agentliyinin (HRANA) məlumatına görə, etirazlar zamanı 69-u uşaq olmaqla azı 500 nəfər həlak olub.

Bundan əlavə, iki nümayişçi edam edilib, daha 26 nümayişçi edamını gözləyir.
2017, 2018 və 2019-cu illərdə keçirilən uzunmüddətli etiraz aksiyalarına baxmayaraq, son aksiyalar cəmiyyətin bütün təbəqələrindən olan insanların iştirak etməsi və qadınların rəhbərlik etməsi ilə fərqlənir.

Bəzi iranlı məşhurlar etirazları dəstəklədikləri üçün ya saxlanılıb, ya da sürgünə getməli olublar.
Bu adlardan biri də İranın məşhur aktrisalarından olan Təraneh Əlidosti, digəri isə onu dəstəkləyən rejissor Əsgər Fərhadidir.

Xatırladaq ki, İran əxlaq polisi sentyabr ayında 22 yaşlı Məhsa Əminiyə hicab qaydalarına riayət etmədiyinə görə təzyiqlər göstərib və onu qətlə yetirib. Bundan sonra ölkədə kütləvi etirazlar başlayıb. Rəsmi Tehran etirazları amansızlıqla yatırıb, eləcə də internetin bağlanması da daxil olmaqla digər məhdudlaşdırıcı tədbirlərə əl atıb.

Oxşar xəbərlər