Qarabağın bərpasına ayrılacaq vəsait artırılır - MƏBLƏĞ

Qarabağın bərpasına ayrılacaq vəsait artırılır - MƏBLƏĞ İşğaldan azad edilmiş ərazilərin bərpası və böyük qayıdış planının təmin etdirilməsi 2023-cü ilin dövlət büdcəsinin layihəsində əsas istiqamətlərdəndir.

Bu barədə “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi xəbər verir.

Bildirilir ki, bu istiqamətdə dövlət büdcəsindən vəsait ayrılmasında ilbəil artım müşahidə olunur.

2023-cü ildə işğaldan azad edilmiş ərazilərin bərpası üçün 3 milyard manat vəsait nəzərdə tutulur. Bu da 2022-ci illə müqayisədə 12,4 faiz, 2021-ci illə müqayisədə isə 37,7 faiz çoxdur.

Oxşar xəbərlər