Böyük Qayıdışa xidmət edən layihələrin icrasına artıq başlanılıb

Böyük Qayıdışa xidmət edən layihələrin icrasına artıq başlanılıb Əzəli Azərbaycan torpaqlarının azad edilməsindən 4 aya yaxın vaxt keçmişdir.Bu müddət ərzində çox böyük həcmdə işlər görülmüşdür.Lakin əsas görüləsi işlər qabaqdadır.

Ölkə başçısı cənab İlham Əliyev 26 fevralda keçirdiyi mətbuat konfransında yaxın illərdə Azərbaycanın qarşısında duran prioritet məsələlər haqqında məlumat verdi.Əsas məsələ kimi azad edilmiş ərazilərin bərpası və Qarabağa Böyük qayıdışın düzgün təşkilini ön sıraya çəkdi.

Dağlıq Qarabağ və ona bitişik rayonların sahəsi təqribən 17.2 km2 yaxud 1 720 000 hektardır. Böyük qayıdışın təmin edilməsi üçün şəhər və kəndlərin bərpası və yenidən qurulması,həmin ərazilərdə müasir infrastrukturun yaradılması məqsədilə 2021-ci ilin dövlət büdcəsindən 2.2 milyard manat ayrılıb.İndiyədək görülən işlər və büdcədən ayrılan vəsait göstərir ki,işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması üçün böyük siyasi iradə var.30 ilə yaxındır ki,doğma yurd həsrəti ilə yaşayan məcburi köçkünlər doğma evlərinə dönəcəklər.Azərbaycan dövləti onların layiqli həyatını təmin edəcək.Böyük Qayıdışa xidmət edən layihələrin icrasına isə artıq başlanılıb.

Pirşağı qəsəbəsi, 188 nömrəli tam orta məktəbin direktoru

Sabir Mahmudov

Oxşar xəbərlər