Ukrayna 4 ölkə arasında "bölüşdürüldü": Medvedevdən şok xəritə - FOTO

Ukrayna 4 ölkə arasında Rusiya Təhlükəsizlik Şurasının (SB) vitse-prezidenti Dmitri Medvedevin sosial mediada paylaşdığı xəritələr gündəm yaradıb.

D.Medvedevin teleqram kanalı xəbər verir ki, Ukraynanın Rusiya, Polşa, Rumıniya və Macarıstan olmaqla 4 ölkəyə bölündüyünü iddia edən Medvedev paylaşdığı Avropa xəritəsinə "Qərb analitiklərinin gözlədiyi gələcək" qeydini yazıb.

Bu paylaşımın Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Qərb ölkələrinin Ukraynaya uzaqmənzilli silahlar göndərməsi ilə Rusiyanın coğrafi hədəflərinin genişlənəcəyini açıqlamasından bir neçə gün sonraya təsadüf etməsi diqqət çəkib. O, Qərb analitiklərinin belə bir gələcək gözlədiyini vurğulayıb.
“Psixotrop maddələrin təsirinə məruz qalmış Ukrayna prezidentinin ağlında ölkəsinin parlaq gələcəyinin aşağıdakı mənzərəsi canlandı (birinci foto)” - Medvedev yazıb.

Ukrayna 4 ölkə arasında "bölüşdürüldü": Medvedevdən şok xəritə - FOTO


Medvedevin “Qərb ekspertləri əslində belə olacağını düşünürlər” şərhi ilə paylaşdığı ikinci xəritədə Ukraynanın yalnız Kiyev bölgəsindən ibarət olduğu, digər bölgələrin isə Rusiya, Polşa, Rumıniya və Macarıstan arasında bölündüyü görünür.

Ukrayna 4 ölkə arasında "bölüşdürüldü": Medvedevdən şok xəritə - FOTO

Oxşar xəbərlər