Qlobal ərzaq böhranını Rusiya təhrik etdi - Zelenski

Qlobal ərzaq böhranını Rusiya təhrik etdi - Zelenski Ukrayna Prezidenti Volodimir Zelenski paytaxt Kiyevdə Fransa Prezidenti Emmanuel Makron, Rumıniya Prezidenti Klaus Yohannis, Almaniya Kansleri Olaf Şolts və İtaliyanın Baş naziri Mario Draqi ilə görüşdən sonra birgə mətbuat konfransı keçirib.

Bu barədə “Anadolu” agentliyinə istinadən xəbər verir.

Zelenski bildirib ki, Rusiyanın Ukraynaya və mülki şəxslərə qarşı atdığı müxtəlif raketlərin ümumi sayı bu ay 3000-ə yaxınlaşa bilər:

“Rusiyanın Ukraynaya aqressiyası bütün Avropaya, hər birimizə, dəyərlərimizə qarşı aqressiyadır. Buna birlikdə cavab verməliyik”.

“Nə qədər çox silah alsaq, xalqımızı, torpaqlarımızı bir o qədər tez xilas edə bilərik. Bir çox ukraynalı torpaqlarımızın azad olunmasını gözləyir”, - deyə Zelenski ölkəsinin döyüşmək üçün silaha ehtiyacı olduğuna işarə edib.

Qlobal ərzaq böhranına da toxunan Ukrayna lideri bunu Rusiyanın təhrik etdiyini qeyd edib:

“Biz Rusiyanın Ukraynada ərzaq təhlükəsizliyinin təmin edilə bilməyəcəyi Afrika və Asiyada olan ölkələrdə aclıq və siyasi xaos yaratmaq planının qarşısını almaq üçün əlimizdən gələni etməliyik”.

Ukrayna və Rusiya arasında danışıqların gedişindən danışan Zelenski vurğulayıb ki, Rusiya bu danışıqlara hazır deyil və sülh istəmir.

Oxşar xəbərlər