Sarkisyan Medvedev ilə danışıqlarda

Sarkisyan Medvedev ilə danışıqlarda Yerevanda Avrasiya Hökumətlərarası Şurasının iclası keçiriləcək

Ermənistan prezidenti Serj Sarkisyan öz iqamətgahında Rusiyanın baş naziri Dmitri Medvedevi qəbul edib.

Bu barədə Twitter səhifəsində Ermənistan prezidentinin mətbuat katibinin müavini Narek Nikoqosyan yazıb.

Sarkiyan və Medvedev arasında təkbətək söhbət olub. Ermənistan prezidentinin administrasiyası görüşün təffərrüatlarını bir qədər sonra dərc edəcək.

Xatırladaq ki, Yerevanda Avrasiya Hökumətlərarası Şurasının iclası keçiriləcək. İclasın gedişatında inteqrasiya üzrə qarşılqılı fəaliyyətə dair məsələlərin müzakirəsi planlaşdırlır.

Oxşar xəbərlər