
"Bu barədə Ukraynanın baş prokuroru İrina Venicetova məlumat verib.
"Rusiya qüvvələrinin Kiyev vilayətindən çıxarılmasından sonra 1222 cəsəd tapılıb ", - Ukraynanın baş prokuroru İrina Venicetova bildirib.
O əlavə edib ki, Rusiya qüvvələrinin törətdiyi 5600 hərbi cinayət Ukrayna hakimiyyəti tərəfindən araşdırılır: “Biz Ukraynanın hər yerində müharibə cinayətləri, insanlığa qarşı cinayətlər görürük və bunu düzəltmək üçün əlimizdən gələni edirik".
Rusiyada yüksək rütbəli hərbçilər və dövlət məmurları da daxil olmaqla 500-dən çox hərbi cinayət şübhəlisini müəyyən etdiklərini ifadə edən Venicetova bildirib ki, Ukraynanın Kramatorsk şəhərində qatar stansiyasına edilən və 50-dən çox insanın ölümü ilə nəticələnən hücumla bağlı da lazımi sübutlara sahib olduqlarını söylədi.