İndiyədək Bakıda keçirilən dörd qurultayda ən böyük arzu, istək dilə gətirilmişdi. 5-ci qurultay arzularımızın ünvanında reallaşdı!

İndiyədək Bakıda keçirilən dörd qurultayda ən böyük arzu, istək dilə gətirilmişdi. 5-ci qurultay arzularımızın ünvanında reallaşdı! Türk dünyasının mədəniyyət və incəsənət beşiyi, Azərbaycanın incisi Şuşa şəhərində Zəfər Qurultayı mühüm bir dövrə - “Şuşa İli”nə təsadüf etməsi, böyük rəmzi məna daşımaqla bərabər, ermənilərə və onun havadarlarına ciddi mesaj oldu.
Dünyanın hər yerindən buraya toplaşmış Dünya Azərbaycanlılarının V qurultayının nümayəndələri xalqımızın soykökünə, tarixinə, mədəniyyətinə və azadlıq eşqinə bağlılıqlarını ifadə etdilər.
Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı və Zəfər Qurultayı adlanan bu tədbirdə Prezident İlham Əliyevin söylədiyi nitqində verdiyi mesajlar dünya mətbuatının diqqət mərkəzindədir.
Prezidenti İlham Əliyev çıxışında "Biz bu gün azad Qarabağda, azad Şuşada Dünya Azərbaycanlılarının Qurultayını keçiririk. Bu qurultayın adı Zəfər qurultayıdır və bu, təbiidir. Çünki tarixi Zəfərdən sonra ilk dəfədir ki, dünya azərbaycanlıları toplaşır, qurultay keçirir və ümumiyyətlə Zəfər adı xalqımıza çox yaraşır. Siz buraya Zəfər yolu ilə gəlmisiniz, qurultayın adı Zəfər qurultayıdır. Hazırda ölkəmizin müxtəlif yerlərində, ilk növbədə, azad edilmiş ərazilərdə Zəfər muzeyləri inşa edilir. Bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi yaşayacaq, əbədi yaşayacaq, bundan sonra bizim dövlətimiz qalib dövlət kimi yaşayacaq. Bu, hamımız üçün, Azərbaycanda yaşayanlar, Azərbaycan vətəndaşları üçün, xaricdə yaşayan azərbaycanlılar üçün böyük xoşbəxtlikdir. Bu tarixi missiyanı həyata keçirən bizim qəhrəman övladlarımız tarix qarşısında, xalq qarşısında, Vətən qarısında misilsiz xidmətlər göstərmişlər. Müstəqillik dövründə yetişən gənclər, vətənpərvərlik ruhunda yetişən gənclər bu tarixi hadisəni, tarixi müjdəni Azərbaycan xalqına bəxş etmişlər” deyib.
Xarici KİV-də dərc olunan çoxsaylı materiallarda Şuşa Qurultayının tarixi əhəmiyyəti vurğulanır. Qeyd edilir ki, bu Qurultayda Azərbaycan diasporu qarşısında yeni vəzifələr qoyulub, xaricdəki azərbaycanlılarının növbəti beş ildə fəaliyyəti üçün Yol xəritəsi müəyyənləşdirilib. Həmçinin Azərbaycan Prezidenti tərəfindən Ermənistana və onun himayədarlarına mühüm mesajlar verilib.
Azərbaycanlılarının birliyinin təmin olunmasının ən böyük mənası elə dünya çapında məkrli düşmənə qarşı effektli, koordinasiyalı mübarizənin təşkili, zaman-zaman itirdiyimiz torpaqlarımıza qayıdışımıza nail olmaq idi. Sözsüz ki, böyük qələbənin aparıcı qüvvəsi Azərbaycan dövləti, şanlı ordumuz, qəhrəman əsgərimizdir, amma erməniçiliyə qarşı informasiya savaşında 60 milyona yaxın soydaşımızın olduqları məkanda imkanları çərçivəsində ortaya mövqe qoyması vacib məsələydi və artıq nəticə ortadadır.
Dünyanın 65 ölkəsindən 400-ə yaxın diaspor nümayəndəmizin Şuşada – Zəfər Qurultayında bir araya gəlməsi möhtəşəm hadisə olmaqla yanaşı, həm də soydaşlarımızın halal haqqı idi. Dövlətimiz Azərbaycan sevdalı insanların bir hissəsinə bu, tarixi fürsəti yaratdı, möhtəşəm hadisəyə şahidlik edən dostlar sevindi, bu qurultay düşmənə göz dağı oldu.
İndiyədək Bakıda keçirilən dörd qurultayda ən böyük arzu, istək dilə gətirilmişdi. 5-ci qurultay arzularımızın ünvanında reallaşdı!
Prezident İlham Əliyevin aprelin 22-də Şuşada keçirilən Dünya Azərbaycanlılarının 5-ci Qurultayındakı çıxışı onun zəfərimizi nə qədər çox istədiyini, bu hədəfə doğru nə qədər səy göstərdiyini növbəti dəfə göstərdi. Qürur və sevinc hissləri aydın sezilirdi bütün çıxışı boyunca. Yüksək səmimiyyət də öz yerində. Dünyanın 65 ölkəsindən təşrif buyurmuş 400-dək nümayəndənin qarşısındakı çıxışını yekunlaşdırarkən “Hamı bir yerdə: Qarabağ Azərbaycandır!” deməklə, əslində bütün dünya azərbaycanlılarına bir daha Qarabağın vazkeçilməzliyi mesajını vermiş oldu.
Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının V Qurultayındakı nitqində 44 günlük müharibədən sonra regionda yaranmış yeni vəziyyət və qalib dövlətimizin sülhsevər siyasəti ilə bağlı fikirlərinə dünya mediasında geniş yer verilib.
Azərbaycan xalqının müzəffər xalq olduğunu vurğulayan Prezident İlham Əliyev müharibədə məğlub olmuş Ermənistanı ölkəmizin ərazi bütövlüyünü rəsmən tanımağa, sülh müqaviləsinin imzalanmasını yubatmamağa və son şansından istifadə etməyə çağırıb, həmçinin Ermənistandakı revanşist dairələrə sərt xəbərdarlıq edib.
Zəfər Qurultayı Azərbaycan diasporunun tarixində yeni bir mərhələnin başlanğıcıdır. Bu qurultayda səsləndirilən mesajlar, nişan verilən hədəflər bizi işıqlı gələcəyə aparan mübarizə yollarında sıx birləşdirəcək, dünyada yaşayan bütün azərbaycanlıların, onların diaspor təşkilatlarının fəaliyyətini daha da gücləndirəcək. Bu baxımdan düşünürəm ki, bundan sonra da birlikdə Azərbaycan xalqına qarşı edilən haqsızlıqlar haqqında daim beynəlxalq ictimaiyyəti məlumatlandırmalıyıq.
Hər birimiz – həm Azərbaycan hökuməti, həm səfirliklər, diaspor təşkilatları, bütün fəallar yeni reallıqları dünya ictimaiyyətinə çatdırmalıdırlar. Xaricdə yaşayan azərbaycanlıların bu sahədə daha böyük imkanları var. Son illər ərzində bizim diaspor təşkilatlarımız çox fəallaşıb.
Hətta erməni radikal qüvvələrinin fiziki hücumlarına baxmayaraq, - onlar yenə də say çoxluğundan istifadə edib bizim fəallara qarşı cinayət törətmişlər, - azərbaycanlılar öz sözünü demişdilər, bu gün də bunu etmək lazımdır”

Bakıxanov qəsəbəsi, 74 nömrəli tam orta məktəbin
İnformatika müəllimi Sevinc Məmmədova

Oxşar xəbərlər