
Dünya Azərbaycanlılarının V qurultayının Şuşada keçirilməsi çox böyük tarixi, siyasi əhəmiyyəti var. Birinci növbədə qeyd etməliyik ki, uzun illər idi ki, təkcə Azərbaycan vətəndaşları yox, dünyanın istənilən guşəsində yaşayan azərbaycanlılar Şuşanı, torpaqlarımızı görmək istəyirdilər. Hər birimizə də məlumdur ki, dünyanın 65 ölkəsindən orada 400-ə qədər nümayəndə iştirak edib. Təmsil olunan ölkənin kütləvi informasiya vasitələri bu ölkə ilə maraqlanacaq. Eyni zamanda Azərbaycanın investisiya imkanları da burada artır. Diaspor təşkilatları öz ölkələrində ölkəmizi təbliğ edir. Qarabağın böyük iqtisadi potensialı var. Bu potensialın çərçivəsində investisiya mühitini də çox münbit hesab etmək olar. Ona görə də həm siyasi mənası ondan ibarətdir ki, Azərbaycan öz sözünü dedi, öz siyasi nüfuzunu artırdı. Bunların ardıcılı olaraq Şuşada böyük bir qurultay keçirildi və bu tarixə düşdü. Bu investisiya cəlb olunması baxımından təbliğ, təşviq formasıdır.
Hazırda Azərbaycan-Ermənistan əlaqələrinin normallaşması məsələsinin gündəlikdə olduğunu vurğulayan Prezident cənab İlham Əliyev bildirdi ki, bütün ağrılı məqamlara, 30 il işğala məruz qalmasına baxmayaraq bölgənin gələcəyi naminə sülh gündəliyini Azərbaycan təqdim etdi. Azərbaycanın konkret olaraq beş prinsipdən ibarət irəli sürdüyü təklif Ermənistan tərəfindən qəbul edilib. Bununla da Ermənistan rəhbərliyi rəsmən bəyan etmiş olur ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Azərbaycana hər hansı bir ərazi iddiası yoxdur və gələcəkdə də olmayacaq.
Sadıqov Kərəm - Hərbi vətənpərvərlik və mütəxəssis hazırlığı mərkəzi MMC-nin Sabunçu rayon filialının direktoru