Türkiyədə iğtişaş: 15 polis yaralandı, 298 nəfər saxlanıldı

Türkiyədə iğtişaş: 15 polis yaralandı, 298 nəfər saxlanıldı Türkiyənin Diyarbəkir vilayətinin Bağlar ilçəsində Novruz mərasiminə qatılan qrupla polislər arasında kütləvi qarşıdurma yaşanıb.

Axar.az xəbər verir ki, HDP-nin təşkilatçılığı ilə keçirilən kütləvi tədbirdə təhlükəsizliyin təminatı üçün 7 min polis əməkdaşı cəlb edilib.

Belə ki, polis qüvvələri yalnız nəzarət-buraxılış məntəqələrindən keçən insanlara tədbirə qoşulmağa icazə verib.

Lakin bəzi iştirakçılar polisin qanuni tələbinə məhəl qoymayaraq, təhlükəsizik səddini aşıb və hüquq-mühafizə orqanları əməkdaşlarına müxtəlif sərt predmetlər atmağa başlayıb.

Bu zaman 15 polis əməkdaşı yaralanıb. Aparılan araşdırmlar nəticəsində iğtişaşlarda iştirak etmiş 298 nəfər müəyyən edilərək saxlanılıb, barələrində araşdırma başladılıb.

Oxşar xəbərlər