APA xəbər verir ki, bunu bu gün Azərbaycan polisinin yaranmasının 98-ci ildönümü ilə bağlı keçirilən tədbirdə daxili işlər naziri, general-polkovnik Ramil Usubov söyləyib.
R. Usubov deyib ki, 1988-ci ildə Ermənistanın hərbli təcavüzünə qarşı ilk olaraq rəşadətlə döyüşən yeganə nizami qüvvə milis, sonrakı illərdə isə Daxili Qoşun hissələri olub.
Bu döyüşlərdə DİN-in 1695 əməkdaşı və hərbi qulluqçusu şəhid olub, 1710 nəfər yaralanıb. Göstərdiyi şücaət və igidliyə görə 67 nəfər Milli Qəhrəman adına, 1143 nəfər orden və medallara layiq görülüb.