Türkiyədə yanğın törədən üç nəfər saxlanıldı

Türkiyədə yanğın törədən üç nəfər saxlanıldı Türkiyənin Şanlıurfa vilayətinin Eyübiyye rayonunda ağaclıq ərazidə yandırdığına görə üç nəfər saxlanılıb.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, rayonun Direkli məhəlləsində yanğın başlayıb.

Bələdiyyə yanğınsöndürənlərinin müdaxiləsi ilə alov tezliklə söndürülüb.

Polis yanğını törətdikləri iddia olunan üç nəfəri saxlayıb. Onlar Polis Şöbəsinə aparılıb.

Oxşar xəbərlər