Türkiyənin bu səhər 81 vilayətində keçirilən genişmiqyaslı FETÖ əməliyyatı çərçivəsində 803 nəfər saxlanılıb “Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, hazırda da davam edən əməliyyata 8, 5 min polis cəlb edilib. Xatırladaq ki, Türkiyə hökuməti Fətulla Güləni ötən ilin iyulun 16-da dövlət çevrilişinə cəhddə ittiham edir.